BAKU Azərbaycan
°C

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi hərracda daha 1 obyekt və 20 nəqliyyat vasitəsi özəlləşdirilib.

Gundem.az xidmətə istinadla xəbər verir ki, hərraca çıxarılmış dövlət əmlaklarına ümumilikdə 96 sifariş qəbul edilib, bunun 5-i elektron qaydada həyata keçirilib.

Özəlləşdirilən obyekt Bakının Qaradağ rayonunda yerləşən “Şadlıq evi”dir. Torpaq sahəsi ilə birgə özəlləşdirilən əmlak 39 000 manata satılıb.

Hərracda nəqliyyat vasitələri rəqabətli şəkildə satılıb. İlkin satış qiyməti 6 500 manat olan “Nissan Sunny” markalı avtomobilə son təklif 10 650 manat, ilkin satış qiyməti 10 000 manat olan “Kia Sorento” markalı avtomobilə son təklif isə 15 000 manat olub.

Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə buradan tanış olmaq mümkündür: //clck.ru/sKmjK

Növbəti hərraclar noyabrın 15-də və 22-də keçiriləcək. Hərraclara 6 səhmdar cəmiyyətinin səhm paketi, 25 kiçik dövlət müəssisəsi və obyekti, 73 nəqliyyat vasitəsi çıxarılacaq.

Son xəbərlər

Şahin Mustafayev Rusiyaya SƏFƏR EDƏCƏK

Prezident: "COP29-a hazırlıq məqsədilə bütün lazımi və zəruri işlər plana uyğun davam etdirilir"

Azərbaycanda tanınmış həkim VƏFAT ETDİ - FOTO

Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI

Müharibədən qaçan ruslar Rusiyaya geri qayıdır 

Prezident QƏBUL KEÇİRDİ

“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - RƏSMİ

Mərkəzi Bankın ehtiyatlarında artım zəifləyir – SƏBƏB

Prezident BMT Baş katibinin xüsusi müşavirini QƏBUL ETDİ

Həftəsonu 1 274 namizəd rezidenturaya İMTAHAN VERƏCƏK

Azərbaycanda 118 nəfər zəhərləndi - RƏSMİ

Bu gün Əfv Məsələləri Komissiyasının növbəti iclası KEÇİRİLƏCƏK

Bu rayonda qaz OLMAYACAQ

Magistral yolun bir hissəsi uçdu: 18 avtomobil uçuruma düşüb, tələfat var

Azərbaycan bu ölkələrlə enerji sistemlərini birləşdirdi

Bakı-Sumqayıt qatarını daşa basdılar - RƏSMİ

Gürcüstanda etiraz aksiyaları: Polis su şırnaqları və rezin güllələrlə insanları dağıtdı

50 aptekdə yoxlama aparıldı, 7-də nöqsan aşkarlandı

Neft ucuzlaşır – “Azeri Light”ın YENİ QİYMƏTİ

Bu şəhərdə dondurma və pizza yemək QADAĞAN EDİLƏCƏK

Bütün xəbərlər