BAKU Azərbaycan
°C

“Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” Avropanın yararlana biləcəyi əla şansdır”.

Bu barədə “Modern Diplomacy” nəşrində dərc olunmuş məqalədə deyilir.

Bildirilir ki, Avropa mümkün qədər tez təmiz enerji mənbələrinə keçməlidir və bu da ona enerji müstəqilliyinə nail olmağa, Azərbaycan kimi ən yaxşı strateji tərəfdaşlara arxalanaraq enerji tələbatını ödəməyə imkan verəcək.

Beləliklə, Qara dəniz sualtı elektrik kabelinin çəkilməsini nəzərdə tutan sözügedən sazişin layihəsini genişləndirməklə Azərbaycan təkcə Macarıstan və Rumıniyanı deyil, digər Avropa ölkələrini də “yaşıl enerji” ilə təmin edə bilər.

Məqalədə qeyd olunur ki, İsrail də Azərbaycana lazımi infrastrukturun genişləndirilməsində kömək edə bilər.

“Həm günəş, həm də külək enerjisi baxımından geniş imkanlara malik olan Azərbaycandakı mövcud ekoloji şəraiti nəzərə alsaq, İsrailin texniki yardımı ilə bu ölkə bütün Avropaya “yaşıl enerji” nəql edə və bununla da, qitədə enerji böhranının aradan qaldırılmasına yardım edə bilər”, - məqalədə vurğulanır.

Xatırladaq ki, ötən il dekabrın 17-də Buxarestdə “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb.

Son xəbərlər

ABŞ səfiri Putinin andiçmə mərasiminə qatılmadı, Rusiyanı TƏRK ETDİ

Bu halda kartınızdakı pullar oğurlana bilər - DİN-dən XƏBƏRDARLIQ!

Rusiya bu ölkə ilə ticarəti 240 milyard dollara çatdırıb – RƏQƏMLƏR

İsrail təmsilçiləri HAMAS-la danışıqlar üçün Qahirəyə GEDİR

“Aşk-ı Memnu”nun məşhur aktrisası TANINMAZ HALDA - FOTOLAR

Banklar hər hərracda 70-80 milyon dollar alır - Səbəb nədir?

Çində xəstəxanaya HÜCUM: 10 ölü, 23 yaralı

Prezident TƏSDİQLƏDİ: Bu şəxslər 600 manatadək cərimə ediləcək

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Xanəndənin qayınatası vəzifəsindən azad edildi

Şəhid qardaşının ölümü ilə bağlı cinayət işi açıldı

Ər onu "Xoşqədəm"də axtarır, özü Lalənin efirindədir - FOTO

Kapital Bank-ın Laçın filialının açılışı baş tutdu

Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi

Moody’s Beynəlxalq Reytinq Agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqladı

Azərbaycanda vəzifəli şəxs həbs olundu - RƏSMİ

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ZİYARƏT ETDİ

Hoteldə ölənlər qidadan zəhərlənməyib - RƏSMİ

Dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatıb - FAKTİKİ HAVA

Media nümayəndələrinin iştirakı ilə autizmlə bağlı seminar keçirildi - FOTO

Bütün xəbərlər