BAKU Azərbaycan
°C

Son zamanlar ərzaq məhsullarının bahalaşması müğənnilərin də nəzərindən qaçmayıb. Gündəmdən düşməyən gilas qiymətinin artımı müğənnilər arasında da müzakirələrə səbəb olub.

Gundem.az xəbər verir ki, bu barədə Oxu.Az-a müğənni Əli Mirəliyev açıqlama verib.

O bildirib ki, söhbət sadəcə gilasdan getmir: "Ümumiyyətlə hər şeyin - yağın, pendirin, kartof-soğanın qiyməti qalxıb. Biz əvvəllər onları bir neçə qəpiyə alırdıq. Belə qiymətləri heç vaxt görməmişəm, od tutub yanır. Bu bahalaşmanın səbəbkarları oliqarxlardır. Qiymətlər bu minvalla artsa, narazılıq, dava-dalaş olacaq, axırda dükanlara hücum çəkib, sındırıb dağıdacaqlar. Ərzaqları yığıb, aparacaqlar. Oliqarxları həbs etmək lazımdır ki, ərzaqları o qiymətə gətirməsinlər”.

Müğənni bu fikirdədir ki, qiymətlərinin yüksək olması son nəticədə boşanmalara da təsir edir: 

“Birinin maaşı 800, 900, 1000 manatdır. Bəs o biri? O axı pensiyaçıdır. Digəri də cavandır, işi yox, gücü yox. Yemək istəyir, yaşamaq istəyir. Yaxşı, bəs necə olsun? İş verin də buna. İş yerləri olmalıdır ki, cavan uşaqlar küçələrdən yığışsın, işləsinlər. Bütün gün bu cavanlar ya pul oğurlayır, ya kimdənsə borc götürürlər, o bunu aldadır, bu onu aldadır. Axı biz yaxşı millətik. Niyə bu günə qoydunuz? Hamısı evlənir, iki aydan sonra ayrılır. Belə şey olar? Buna son qoymaq lazımdır”.

“Milli Məclisin deputatlarının maaşlarını qaldırırlar. Xeyir ola? Söz verdilər ki, pensiyaçıların təqaüdlərini artıracaqlar. Cəmi doqquz manat artım olub. Utanmadınız? Ayıb olmadı sizin üçün? Belə olmur. Biz bu millət deyilik axı, biz görün kimlərin övladlarıyıq, kimlərin nəslindənik. Axı biz bunları niyə unuduruq? Biz oluruq heç kim. Bəsdir, özünüzü yığışdırın! Yığışdırmasanız, Allah yığışdıracaq”, - deyə Əli Mirəliyəv üsyan edib.

Son xəbərlər

BP-nin dəstəyilə Sumqayıt Dövlət Universitetində kimya mühəndisliyi üzrə yeni magistr proqramı yaradılıb

Məhkəmədən Anar Məmmədli ilə bağlı QƏRAR

Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşünün vaxtı AÇIQLANDI

Ukrayna savaşında YENİ MƏRHƏLƏ: “Zaman Kiyevin əleyhinədir, Moskva isə...”

Bu rayonlarda işıq OLMAYACAQ - ƏHALİYƏ XƏBƏRDARLIQ!

Bəzi yerlərə leysan yağdı, dolu düşdü - FAKTİKİ HAVA

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi VURDULAR

Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO

“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO

Cennifer Lopez və Ben Afflek evliliklərində ciddi böhran yaşayırlar

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

62 il öncə tikilən Cavanşir körpüsü sökülə bilər - Təhlükəlidir

Bu tarixlərdə geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Şərura dolu DÜŞDÜ

Dördüncü kurs tələbəsi vəfat etdi - FOTO

Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO

“Fənərbağça”nın əfsanəsi Super Liqa klubunu çalışdıra bilər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Pluton retroqradı başladı: Bu bürclərin həyatına ciddi təsir edəcək

Bütün xəbərlər