BAKU Azərbaycan
°C

2017-ci ildə Azərbaycan gözəli seçilən, tanınmış model Raziyyat (Razi) Əliyevanı döyərək şantaj etməkdə təqsirləndirilən Ziya Hüseynzadənin növbəti məhkəmə prosesi baş tutub.

Gundem.az unikal.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

İş üzrə şahid qismində ifadə verən Urfan Məcidli, Nizam Vəliyev, Elçin Bədəlov və Rövşən Əkbərov bildiriblər ki, Raziyyat Əliyevanın özünə məxsus olduğu iddia etdiyi avtomobilin texniki pasportunda Razinin deyil, məhz Ziya Hüseynzadənin adının qeyd olunduğunu görüblər.

Şahid Yafət Həsənov isə təkcə avtomobilin evakuatorla götürülməsinin şahidi olduğunu bildirib. Onun sözlərinə görə, Ziya Hüseynzadənin zərərçəkmiş şəxsin anası olan Xadijat Əliyevanı evinə qalxdığını, orada olan qapısını sındırdığını və təhqiramiz ifadələr işlətdiyinin görməyib: "İstintaq dövründə verdiyim ifadə mənə aid deyil, o izahatı təzyiq altında imzalamışam".

Zərərçəkmiş şəxsin anası Xadijat Əliyeva isə şahidin ifadəsinə narazılıq edib. Şahid isə "Nə qədər ki ruhum üstümdədi, dedikləriniz heç vaxt olmayıb və yalandır!" deyib. Zərərçəkmiş şəxsin anasının sözlərinə görə, təqsirləndirilən şəxs Ziya Hüseynzadədən heç vaxt pul almayıb. Lakin təqsirləndirilən şəxsin vəkilləri tərəfindən təqdim edilən maddi sübutlar bunun da yalan olduğunu üzə çıxarıb.

Daha sonra məhkəmə iclasında şahid qismində zərərçəkmiş şəxsin yaxın rəfiqələri Kamila Süleymanova və Aytən Muxtarova ifadə veriblər. Onlar ümumiyyətlə Raziyyat Əliyevanın Ziya Hüseynzadə tərəfindən döyüldüyünü görmədiklərini, ancaq döyülməsi barədə məlumatları Razi Əliyevanın özündən eşitdiklərini bildiriblər.

Təqsirləndirilən şəxs Ziya Hüseynzadə bildirib ki, Razinin ən yaxın rəfiqəsi olan Kamila Süleymanova ilə daha yaxın münasibətləri olub və müxtəlif vaxtlarda Gürcüstanda onunla birlikdə yaşayıb.

Hakim zərərçəkmiş şəxs Razi Əliyevanın prosesə gəlməməsi ilə bağlı onun anası Xadijat Əliyevaya xəbərdarlıq edib. Bildirib ki, bu hal növbəti dəfə təkrarlansa, zərərçəkmiş barəsində polis nəzarəti altında məcburi gətirilmə barədə qərar qəbul edəcək.

Son xəbərlər

ABŞ səfirindən PAYLAŞIM: "Şuşada olduğuma görə xoşbəxtəm"

ABŞ səfirinin ŞUŞA SƏFƏRİ: “Bununla da Ermənistana…” - AÇIQLAMA

"Gizlənə bilməyəcəksiniz, fəlakətiniz olacaq" - Medvedevdən XƏBƏRDARLIQ

Slovakiyanın Baş naziri Azərbaycana YOLA DÜŞDÜ

Vilayət Eyvazov onu rəis TƏYİN ETDİ

Türkiyə ordusu daha 7 terrorçunu məhv etdi

COP29-la bağlı iki xəstəxana AYRILDI

Əhaliyə bu tarixlərlə bağlı XƏBƏRDARLIQ - Ehtiyatlı olun!

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTOLAR

BP-nin dəstəyilə Sumqayıt Dövlət Universitetində kimya mühəndisliyi üzrə yeni magistr proqramı yaradılıb

Məhkəmədən Anar Məmmədli ilə bağlı QƏRAR

Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşünün vaxtı AÇIQLANDI

Ukrayna savaşında YENİ MƏRHƏLƏ: “Zaman Kiyevin əleyhinədir, Moskva isə...”

Bu rayonlarda işıq OLMAYACAQ - ƏHALİYƏ XƏBƏRDARLIQ!

Bəzi yerlərə leysan yağdı, dolu düşdü - FAKTİKİ HAVA

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi VURDULAR

Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO

“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO

Cennifer Lopez və Ben Afflek evliliklərində ciddi böhran yaşayırlar

Bütün xəbərlər