BAKU Azərbaycan
°C

Xalq artisti Tünzalə Ağayeva ATV kanalında yayımlanan “Günaylı gün” verilişinin qonağı olub.

Gundem.az xəbər verir ki sənətçi, aparıcı Zaur Baxşəliyevin “Elə bir arzunuz olub ki, onun həyata keçməsini çox istəmisiniz, amma gerçəkləşməyib” sualına belə cavab verib:

“Bəli, hələ də var. Ən böyük arzularımdan biri böyük və maraqlı layihə ilə qərb coğrafiyasına çıxmaqdır. Yəni xəyallarım da sırf işimlə əlaqəlidir, şəxsi məsələmlə deyil. Şəxsi həyatımda özümü xoşbəxt insan hesab edirəm. Heç vaxt filan ölkəyə gedib, orada xoşbəxt olmaq kimi bir arzum olmayıb. Özüm-özümdən qaçmıram. Əsasən, insan özü-özündən qaçır, amma məndə belə hal olmayıb. Özün-özünü həll etməsən, sənə hər yer narahat olacaq. Mən xoşbəxtəm, amma sənət baxımından istərdim ki, daha da böyük və geniş layihələrim olsun. Arzularımdan biri odur ki, musiqili tamaşam olsun”.

Daha sonra isə Xalq artisti gitara ifaçısı Rəhman Məmmədlinin ifasının təsiri altında kövrəlib:

“Əsl sənət, peşəkarlıq budur. Səni haldan-hala salır, içindəki duyğuları oyadır. Bu, bir möcüzədir. Sənətkarın əsl uğuru, Allahın ona bəxş etdiyi lütfdür. İnanın, ifaya heyranlığımdan kövrəldim. O an kədər, depressiya yox məhz heyranlıq məni ağlatdı. 5 yaşımda operanı, Üzeyir Hacıbəylini, “Şəbi Hicran kapellasını, Füzuli kontatasını hıçqıra-hıçqıra dinləyirdim. Başa düşmürdüm, amma dinlədikçə kövrəlirdim. Yəni mənim təməlim belə qoyulub”.

 

Ətraflı videoda:

(baku.ws)

Son xəbərlər

Blinken Hakan Fidanla bunları müzakirə edibmiş

Blinken Hakan Fidanla bunları müzakirə edibmiş

Tiflisdə hökumət tərəfdarları aksiya keçirir

Azərbaycanda körpə ölümlərinin əsas səbəbi nədir?

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Atasını bıçaqlayan qız xəstəxanaya yerləşdirildi

Kəlbəcərdə usta 4-cü mərtəbədən YIXILDI

Kupman Azərbaycana gəlir

Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı

ABŞ bu türk ölkəsindən 81 təyyarə aldı

Samir Şərifov Ukraynanın yeni səfiri ilə görüşdü

Paytaxtın bu yollarında tıxac VAR

KİV: Paşinyan Vladimir Putinin andiçmə mərasiminə getməyəcək

Bakıda “Prado” ilə avtoşluq etdi, həbs olundu - FOTO

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb

Əli Əsədov qərar imzaladı

Rusiya Ukraynanın Semyonovka kəndini TUTDU

Havanın temperaturu iqlim normasından YÜKSƏKDİR

Salah "Liverpul"dan AYRILIR? - Bu mövsüm...

Salah "Liverpul"dan AYRILIR? - Bu mövsüm...

Bütün xəbərlər