BAKU Azərbaycan
°C

Modern.az saytı əvvəllər Azərbaycandakı oxşarlarla bağlı xeyli təqdimatlar edib. “Oxşarlar" layihəsindəki təqdimatlarımız həmişə oxucular tərəfindən maraqla qarşılanıb.

Azərbaycanda oxşarlar çoxdur. Onlar arasında tanınmışlar da var, adi vətəndaşlar da. İctimai-siyasi, mədəniyyət sahəsində, mediada tez-tez görüb, danışığını eşitdiyimiz şəxslər arasında da oxşarlar az deyil. 

Budəfəki oxşarladan bir tanınmış azərbaycanlı, digəri isə Azərbaycanda çalışan əcnəbidir. Amma onların hər ikisi peşəkar diplomatdır.

Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim uzun illərdi diplomatiya sahəsində çalışır.

Əslən Lənkəran rayonu Kənarmeşə kəndindən olan Xəzər İbrahim 30 may 1978-ci ildə anadan olub. Bakı Dövlət Universitetində beynəlxalq münasibətlər üzrə ali təhsil alıb, sonra ABŞ-ın Corctaun Universitetində magistr dərəcəsinə yiyələnib. 2000-2001-ci illərdə Romada NATO-nin Müdafiə Kollecində ali kursda iştirak edib.

O, Bakıdakı Xəzər Universitetində “Azərbaycanın xarici siyasəti” və  “Post-Sovet Azərbaycan siyasəti” üzrə dərs deyib.

1998-2002-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar və Təhlükəsizlik məsələləri idarələrində müxtəlif vəzifələrdə çalışıb, ikitərəfli hərbi-siyasi münasibətlər, NATO məsələləri, silahlara nəzarət, tərksilah və çoxtərəfli təhlükəsizlik məsələləri ilə məşğul olub.

2002-2005-ci illərdə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyində çalışıb, hərbi-siyasi, siyasi və ictimai diplomatiya məsələlərindən məsul olub.

2005-2006-cı illərdə Xarici İşlər Nazirliyinin Hərbi-Siyasi idarəsində çalışıb.

2007-2009-cu illərdə Xarici İşlər Nazirliyinin mətbuat xidməti rəhbərinin müavini, daha sonra mətbuat xidmətinin rəhbəri olub.

2009-2011-ci illərdə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyində nümayəndəliyin rəhbərinin müavini işləyib.

2011-2017-ci illərdə Azərbaycan Respublikasının NATO yanındakı nümayəndəliyinin rəhbəri olub.

2017-2021-ci illərdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfiri postunu tutub.

26 iyul 2021-ci ildə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında səfiri təyin edilib.

Evlidir, bir oğlu, 3 qızı var.

Xəzər İbrahimin oxşarı Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalkodur.

Peter Mixalko 2021-ci ilin avqustunda Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri təyin edilib.

Peter Mixalko bu təyinatadək Avropa İttifaqının Moldova Respublikasındakı nümayəndəliyinin rəhbəri olub. O, daha əvvəl Slovakiyanın Yunanıstan Respublikasındakı səfiri vəzifəsində çalışıb.

Diqqətlə baxanda Xəzər İbrahimlə Peter Mixalkonun zahiri görünüşündə, saç düzümündə, sifət cizgilərində, baxışlarında xeyli bənzərlik görmək mümkündür. Onların hətta boy-buxununda da oxşarlıq müşahidə olunur.

Bəs siz necə düşünürsünüz, onları oxşarlar kimi təqdim etməkdə səhv etmirik ki?..

Son xəbərlər

"Qızlar, tanımadığınız oğlana ərə getməyin"

Türkiyə XİN Fransanın qərarını pislədi

Avtobus uçuruma düşdü,20-dən çox ölü var

“Azərbaycanca bilməməyim nöqsanımdır”

Bakıda yeni tikilən bina çökə bilər - VİDEO

75 yaşlı Jerar Depardye həbs edildi

Tehrana uçuşların dayandırılması müddəti uzadıldı

Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tbilisidə izdihamlı aksiya keçirildi

Oğul atanı döyərək öldürdü

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Odessa atəşə tutuldu: ölənlər və yaralananlar var

Səudiyyə Ərəbistanı ABŞ ilə müdafiə paktı bağlamağa yaxındır

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına...

Türkiyədə “TikTok” qadağan olunur?

Bakıda tələbələr saqqala görə dərsə buraxılmadı - FOTO

“Zirə” “Araz-Naxçıvan”a məğlub oldu

Mehriban Əliyeva onu təbrik etdi: "Səninlə fəxr edirəm!"

Blinken Hakan Fidanla bunları müzakirə edibmiş

Tiflisdə hökumət tərəfdarları aksiya keçirir

Bütün xəbərlər