BAKU Azərbaycan
°C

İlk səyahətindən 5 gün sonra aysberqə çırpılaraq batan “Titanik” gəmisinin eynisi yenidən inşa ediləcək. 


Gundem.az xəbər verir ki, bu ideya milyarder Klayv Palmerdən gəlib. 


Var-dövlətini mədənçilikdən qazanan milyarder Palmer “Titanik”in nüsxəsini yaratmaq planlarına yenidən başlayıb. O bununla bağlı verdiyi açıqlamasında yeni tikiləcək gəminin orijinaldan çox üstün olacağını söyləyib. 


Palmer Avstraliyalı iş adamıdır. Milyarder “Titanik II” planlarını ilk dəfə 2012-ci ildə açıqlamışdı. 2018-ci ildə gəminin inşası işinə başlanılsa da COVID epidemiyası səbəbindən layihə dayandırılmışdı. Milyarder iş adamı yenidən məşhur gəminin inşası üzrə işə başlamağa qərar verib. 


“Titanik”lə ilk səyahətin 2027-ci ilin iyununda həyata keçirilməsi planlaşdırılır. Gəmi bal zalı, üzgüçülük hovuzu və hamamla birlikdə orijinal gəmi ilə eyni interyer və kabin tərtibatına malik olacaq. 835 kabinənin demək olar ki, yarısı birinci dərəcəli sərnişinlər üçün ayrılacaq və onlar 1900-cü illərə uyğun geyinməyə təşviq ediləcəklər. Üçüncü dərəcəli sərnişinlərə orijinal gəmidə olduğu kimi ümumi yeməkxanada uzun masalarda qazan yeməkləri və püre təqdim olunacaq, lakin digər yeməklər də olacaq. 


Xatırladaq ki, “Titanik” 15 aprel 1912-ci ildə Atlantik okeanında aysberqə çarpıldıqdan sonra batıb və bu qəza nəticəsində 1500 sərnişin və ekipaj üzvü həlak olub.

 

“Titanik” gəmisini məşhur edən isə rejissor Ceyms Kemeronun 1997-ci ildə çəkdiyi eyniadlı film olub. Baş rollarda Leonardo Di Kaprio və Keyt Uinsletin oynadığı “Titanik” filmi eyniadlı gəmini dünyda məşhurlaşdırdı. 


Filmin yayımlanmasından sonra gəminin batdığı yerə maraq artdı.Son illərdə “OceanGate Expeditions” adlı bir şirkət turistlərin gəminin batdığı yerə səyahətlərini təşkil edərək böyük məbləğdə qazanc əldə edib. “Titanik”ə marağın böyük olmasını nəzərə alan milyarder iş adamı yeni layihə ilə çoxlu turist cəlb etməyi düşünür. (Sfera.az)

Son xəbərlər

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi VURDULAR

Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO

“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO

Cennifer Lopez və Ben Afflek evliliklərində ciddi böhran yaşayırlar

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

62 il öncə tikilən Cavanşir körpüsü sökülə bilər - Təhlükəlidir

Bu tarixlərdə geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Şərura dolu DÜŞDÜ

Dördüncü kurs tələbəsi vəfat etdi - FOTO

Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO

“Fənərbağça”nın əfsanəsi Super Liqa klubunu çalışdıra bilər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Pluton retroqradı başladı: Bu bürclərin həyatına ciddi təsir edəcək

Elçinlə Aydan barışdı!

Bu küçə və prospektlərdə hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ - DİQQƏT! 

Mayın 5-i saat 15-dən... - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Nərimanovda quruyan ağaclarla bağlı AÇIQLAMA - FOTO

Prezident Türkiyə ilə bağlı sazişi TƏSDİQLƏDİ

Bütün xəbərlər