BAKU Azərbaycan
°C

El arasında “Qara su” kimi tanınan qlaukoma xəstəliyi yüksək göz daxili təzyiq nəticəsində görmə sinirinin zədələnməsi, bununla da xəstənin görmə sahəsinin tədricən daralması və müalicə olunmadığı təqdirdə görmənin itirilməsinə səbəb olan xəstəlikdir. Bütün dünyada görmə itkisinə səbəb olan göz xəstəlikləri arasında qlaukoma 1-ci yerdədir. Xəstəliyin ciddiliyi və ağırlığı nəzərə alınaraq hər il mart ayının ikinci həftəsi bütün dünyada “Qlaukoma həftəsi” kimi qeyd edilir. “Beynəlxalq Qlaukoma Həftəsi” bu il martın 12-dən 18-dək keçirilir. “Qlaukoma Həftəsi” Dünya Qlaukoma və Dünya Qlaukomalı Xəstələr assosiasiyaları arasında ortaq təşəbbüsdür.

Gundem.az xəbər verir ki, Ankara Təhsil və Tədqiqat Xəstəxanası Göz Xəstəlikləri Mütəxəssisi Gülizar Dəmirok Beynəlxalq Qlaukoma Həftəsi münasibətilə verdiyi açıqlamada bildirib ki, görmə itkisinə səbəb olan xəstəlik heç bir əlamət olmadan inkişaf edə bilir.

İrq, cinsiyyət və artan yaşın da xəstəliyin risk faktorları arasında olduğunu ifadə edən Demirok qeyd edib ki, bəzi göz içi xəstəlikləri də göz içi təzyiqi artırdığı üçün qlaukomaya səbəb ola bilir.

“Yüngül baş ağrısı, gözlərdə qızartı və görmə itkisi qlaukoma xəstəliyinin əsas əlamətləridir. Xüsusilə qapalı bucaqlı xəstəliyin növlərində çox yüksək göz içi təzyiqi olanlarda şiddətli ürəkbulanma və baş ağrısı şikayətləri də meydana gələ bilər",- həkim vurğulayıb.

Demirok bildirib ki, erkən diaqnoz qlaukomada qalıcı görmə itkisinin qarşısını alır:

"Xəstəliyin risk faktorları və görülmə nisbəti zamanla artır. Xüsusilə şəkər və hipertoniya kimi xəstəliklər qlaukoma riskini artırır. Xəstəlik irsi də ola bilir. Açıq bucaqlı qlaukoma növlərində ilk müalicəyə göz içi təzyiqini azaldan damcılarla başlayırıq. Damcılar kifayət etmədikdə lazer və ya cərrahi müalicələrə keçirik".
Professorun sözlərinə görə, dünyada təxminən 2 faiz insan bu xəstəlikdən əziyyət çəkir:

“Proqnozlara görə, 2040-cı ildə dünyada 110 milyon qlaukoma xəstəsi olacaq. Müxtəlif irqlərdə və coğrafi bölgələrdə xəstəliyə tutulanlar arta bilər".

Sonda Demirok xəstəliyin korluqla nəticələnməsinin qarşısını almaq üçün nəzarətin vacibliyini vurğulayıb:

“40 yaşdan yuxarı hər bir fərd ildə bir dəfə göz müayinəsindən keçməli və göz təzyiqi ölçülməlidir. Ailədə risk faktorları varsa, bunu daha tez-tez etmək lazımdır". (Sfera.az)

 

Son xəbərlər

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi VURDULAR

Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO

“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO

Cennifer Lopez və Ben Afflek evliliklərində ciddi böhran yaşayırlar

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

62 il öncə tikilən Cavanşir körpüsü sökülə bilər - Təhlükəlidir

Bu tarixlərdə geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Şərura dolu DÜŞDÜ

Dördüncü kurs tələbəsi vəfat etdi - FOTO

Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO

“Fənərbağça”nın əfsanəsi Super Liqa klubunu çalışdıra bilər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Pluton retroqradı başladı: Bu bürclərin həyatına ciddi təsir edəcək

Elçinlə Aydan barışdı!

Bu küçə və prospektlərdə hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ - DİQQƏT! 

Mayın 5-i saat 15-dən... - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Nərimanovda quruyan ağaclarla bağlı AÇIQLAMA - FOTO

Prezident Türkiyə ilə bağlı sazişi TƏSDİQLƏDİ

Bütün xəbərlər