BAKU Azərbaycan
°C

2023-cü il hava və iqlim müşahidələri tarixində ən isti il olub.

Gundem.az xəbər verir ki, bu barədə BMT-nin ixtisaslaşmış qurumu olan Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) Yer kürəsinin iqliminin vəziyyəti ilə bağlı illik hesabatında deyilir.

ÜMT 2023-cü ilin ən isti illər siyahısında birinci yeri tutacağı ilə bağlı ötən ilin noyabrında verdiyi proqnozunu təsdiqləyib.

“ÜMT-nin hesabatı təsdiqləyib ki, 2023-cü il tarixdə ən isti il olub. Yer səthində orta temperatur sənayedən əvvəlki ilkin göstəricilərdən 1,45 dərəcə yüksək olub. Bu, ümumiyyətlə tarixdə ən isti onillik dövrü olub”, - təşkilatdan bildirilib.

Hesabatda göstərilir ki, 2023-cü ildə iyundan dekabra qədər hər ay müvafiq ay üçün rekord istilik qeydə alınıb, iyul, avqust və sentyabr aylarında rekordlar xüsusilə böyük fərqlərlə qırılıb.

“Qlobal temperaturun uzunmüddətli yüksəlişi atmosferdə istixana qazlarının konsentrasiyasının artması ilə əlaqədardır”, - ÜMT-dən bildirilib. 2023-cü ildə Antarktikada dəniz buzunun həcmi rekord dərəcədə aşağı düşüb, belə ki, qışın sonunda onun maksimal sahəsi əvvəlki rekord ildən 1 milyon kv km az olub.

“Hələ heç vaxt, müvəqqəti də olsa, iqlim dəyişikliyi üzrə Paris sazişi ilə müəyyən edilmiş istiləşmənin 1,5 dərəcə aşağı həddinə bu qədər yaxın olmamışdıq. ÜTM dünyaya qırmızı siqnal xəbərdarlığı göndərir”, - ÜTM Baş Katibi Andrea Seleste Saulo deyib.

“İqlim dəyişikliyi yalnız yüksələn temperatur demək deyil. 2023-cü ildə gördüklərimiz - okeanların misli görünməmiş dərəcədə istiləşməsi, buzlaqların əriməsi və Antarktika dəniz buzunun itirilməsi xüsusilə narahatlıq doğurur”, - o deyib.

Son xəbərlər

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi VURDULAR

Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO

“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO

Cennifer Lopez və Ben Afflek evliliklərində ciddi böhran yaşayırlar

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

62 il öncə tikilən Cavanşir körpüsü sökülə bilər - Təhlükəlidir

Bu tarixlərdə geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Şərura dolu DÜŞDÜ

Dördüncü kurs tələbəsi vəfat etdi - FOTO

Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO

“Fənərbağça”nın əfsanəsi Super Liqa klubunu çalışdıra bilər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Pluton retroqradı başladı: Bu bürclərin həyatına ciddi təsir edəcək

Elçinlə Aydan barışdı!

Bu küçə və prospektlərdə hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ - DİQQƏT! 

Mayın 5-i saat 15-dən... - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Nərimanovda quruyan ağaclarla bağlı AÇIQLAMA - FOTO

Prezident Türkiyə ilə bağlı sazişi TƏSDİQLƏDİ

Bütün xəbərlər