BAKU Azərbaycan
°C

Bakıda DYP avtomobilini qəsdən vuran şəxs həbs edilib.

Gundem.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl paytaxtın Yasamal rayonu ərazisində baş verib. Belə ki, 1985-ci il təvəllüdlü Fuad Ovadoğlu gecə saat 00:20 radələrində Mətbuat prospektində “Saipa Sanina” markalı avtomobillə hərəkətdə olarkən qəza şəraiti yaradıb.

Avtomobilin təhlükəli manevrlər etdiyini görən DYP əməkdaşları onu saxlamağa çalışıb. Bu zaman 37 yaşlı sürücü yol polisinin qanuni tələbinə məhəl qoymayaraq hərəkətini davam etdirib. Yol polisi əməkdaşları “BMW 328” markalı xidməti maşınla onu təqib edərək saxlamağa çalışıblar. Onlar saat 00:30 radələrində Fuad Ovadoğlunun sürdüyü avtomobili Mətbat prospekti ilə S.Dağlı küçəsinin kəsişməsində saxlamaq istəyərkən həmin şəxs maşını qəsdən yol polisi avtomobilinin üstünə sürüb. Nəticədə bir-birinə çırpılan avtomobillərə ciddi ziyan dəyib və yararsız hala düşüb.

Əraziyə cəlb edilmiş polis əməkdaşlarının iştirakı ilə hadisəni törədən şəxs saxlanılıb. Məlum olub ki, o, sərxoş vəziyyətdədir.

F.Ovadoğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 333 və 535-ci (nəqliyyat vasitəsini sərxoş halda idarə etmə və polisin qanuni tələbinə qəsdən əməl etməmə) maddələri ilə protokol tərtib edilib və o, Yasamal Rayon Məhkəməsinə göndərilib.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə F.Ovadoğluna 20 sutka inzibati həbs cəzası verilib.

Son xəbərlər

Külək güclənəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ

Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam VERİLDİ

Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM

Prezident Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ÜNVANLADI

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi QƏBUL EDİLDİ

Şahin Mustafayev Rusiyaya SƏFƏR EDƏCƏK

Prezident: "COP29-a hazırlıq məqsədilə bütün lazımi və zəruri işlər plana uyğun davam etdirilir"

Azərbaycanda tanınmış həkim VƏFAT ETDİ - FOTO

Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI

Müharibədən qaçan ruslar Rusiyaya geri qayıdır 

Prezident QƏBUL KEÇİRDİ

“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - RƏSMİ

Mərkəzi Bankın ehtiyatlarında artım zəifləyir – SƏBƏB

Prezident BMT Baş katibinin xüsusi müşavirini QƏBUL ETDİ

Həftəsonu 1 274 namizəd rezidenturaya İMTAHAN VERƏCƏK

Azərbaycanda 118 nəfər zəhərləndi - RƏSMİ

Bu gün Əfv Məsələləri Komissiyasının növbəti iclası KEÇİRİLƏCƏK

Bu rayonda qaz OLMAYACAQ

Magistral yolun bir hissəsi uçdu: 18 avtomobil uçuruma düşüb, tələfat var

Azərbaycan bu ölkələrlə enerji sistemlərini birləşdirdi

Bütün xəbərlər