BAKU Azərbaycan
°C

Azərbaycanda bu il qeydə alınan yüksək qiymət artımı xidmət sektorunda da müşahidə edilir. Əhaliyə göstərilən əksər xidmət sahələrində qiymətlərdə artım sürəti 10 faiz həddini ötüb. Bəzi xidmətlərdə bahalaşma sürəti 30-50 faiz, hətta 100 faiz səviyyəsinə yüksəlib.
 

Bununla belə qiymətləri artmayan, hətta dəyəri düşən xidmət növləri də var.

Gundem.az xəbər veriri, Sfera.az-ın Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında apardığı araşdırma göstərir ki, əhaliyə təklif edilən ən bahalı xidmət MDB ölkələrinə təyyarə ilə sərnişindaşıma xidmətidir. MDB ölkələrinə bir sərnişinin daşınması qiyməti apreldə 1647 manat olub. Son bir ildə bu xidmət üzrə qiymətlər 50 faiz və ya 820 manatdan çox artıb.

 

Dəyəri yüksək olan digər xidmət ali təhsil müəssisələrində təhsildir. Bu sahə üzrə ortaillik xidmət haqqı 1578 manatdır. Son bir ildə təhsil haqlarında cəmi 2 faiz (40 manat) artım qeydə alınıb.

MDB-dən kənarda olan ölkələrə təyyarə ilə sərnişindaşıma qiyməti orta hesabla 643 manat təşkil edib. Müqayisə göstərir ki, bu il qiymətlər 16 faiz (125 manatdan çox) enib.

Dəyərinə görə digər bahalı xidmət reabilitasiya müəssisələrinin sanatoriya - sağlamlıq xidmətidir. Burada bir xidmətin orta dəyəri 550 manatdır. Bu ilin aprelində olan qiymət əvvəlki ilin aprel ayı ilə müqayisədə 14 faiz, yəni təxminən 70 manat artıb.

Orta ixtisas təhsili müəssisələrində illik təhsil xidmətinin dəyəri 541 manat olub. Son bir ildə qiymətlərdə cüzi artım baş verib.

2022-ci ildə bahalı xidmətlərdən xaricə istirahət turlarının da dəyəri artıb. Xarici ölkələrə bir turub orta qiyməti 5 faiz artaraq 511 manata çatıb. Əvvəlki ildə xaricə turla səfər etməyin orta qiyməti 488 manat idi.

Ölkə daxilində turların qiyməti isə dəyişməyib. Əvvəlki ildə olduğu kimi hazırda da orta qiymət 271 manatdır.

Ödənişli məktəbəqədər təhsil müəssisələrinin xidməti isə nəzərəçarpacaq dərəcədə artıb. Burada aylıq xidmət haqqı 145 manatdan 164 manata yüksəlib. Müqayisədə bu il ödənişli məktəblərdə xidmətlər 13 faiz bahalaşıb.

Faiz nisbətində dəyəri çox artan xidmətlər arasında kəbin və digər sənədlərin verilməsi xidmətini (2 dəfə artaraq 10 manat olub), poçt xidmətini (58 faiz bahalaşaraq 6 manat olub), təbii qaz təchizati xidmətini (42 faiz bahalaşaraq 17 qəpik olub), aerobika qruplarında məşğələni (39 faiz artaraq 33 manat olub), muzeylərin biletini (34 faiz artaraq 86 qəpik olub), çayxana xidmətini (34 faiz bahalaşaraq 1,4 manat olub), hüquq məsləhətxanalarının xidmətini (31 faiz bahalaşaraq 14,2 manat olub) qeyd etmək olar.

Əhalinin daha çox istifadə etdiyi xidmətlərdən isə mənzillərin kirayə haqqı 14 faiz, tibbi xidmətlər 8-34 faiz, kafe və restoranlarda yeməklərin hazırlanıb və verilməsi xidmətləri 20 faiz, kişi və qadınlar üçün bərbər xidmətləri 17-30 faiz bahalaşıb.

Ümumilikdə, əhaliyə göstərilən pullu xidmətlərin dəyəri 10,2 faiz artıb. Bahalaşma sürətinə görə xidmətlər yalnız qida məhsullarından geridə qalır.

 

Son xəbərlər

Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM

Prezident Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ÜNVANLADI

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi QƏBUL EDİLDİ

Şahin Mustafayev Rusiyaya SƏFƏR EDƏCƏK

Prezident: "COP29-a hazırlıq məqsədilə bütün lazımi və zəruri işlər plana uyğun davam etdirilir"

Azərbaycanda tanınmış həkim VƏFAT ETDİ - FOTO

Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI

Müharibədən qaçan ruslar Rusiyaya geri qayıdır 

Prezident QƏBUL KEÇİRDİ

“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - RƏSMİ

Mərkəzi Bankın ehtiyatlarında artım zəifləyir – SƏBƏB

Prezident BMT Baş katibinin xüsusi müşavirini QƏBUL ETDİ

Həftəsonu 1 274 namizəd rezidenturaya İMTAHAN VERƏCƏK

Azərbaycanda 118 nəfər zəhərləndi - RƏSMİ

Bu gün Əfv Məsələləri Komissiyasının növbəti iclası KEÇİRİLƏCƏK

Bu rayonda qaz OLMAYACAQ

Magistral yolun bir hissəsi uçdu: 18 avtomobil uçuruma düşüb, tələfat var

Azərbaycan bu ölkələrlə enerji sistemlərini birləşdirdi

Bakı-Sumqayıt qatarını daşa basdılar - RƏSMİ

Gürcüstanda etiraz aksiyaları: Polis su şırnaqları və rezin güllələrlə insanları dağıtdı

Bütün xəbərlər