BAKU Azərbaycan
°C

Ağdaş rayon Nizami Gəncəvi adına 2 saylı orta məktəbdə insident baş verib.

Gundem.az Bizim.media-ya istinadən xəbər verir ki, ibtidai sinif müəllimləri həmin məktəbdə təhsil alan uşaqların nənəsini döyüb, ona xəsarət yetiriblər.

Daxil olan məlumatda bildirilir ki, məktəbin ibtidai sinif müəllimi uşaqları dərsə hazır olmadıqları üçün təhqir edir, səbəbini soruşduqda isə "əcəb edirəm, sən kimsən?!", cavabını verir: 

Hadisəni nəql edən şəxs bildirir ki, məktəb rəhbərliyinə məlumat verilib, amma cavab yoxdur:

"Direktor Rafiq Haşımov "baş qoşmayın, boş verin" deyir. Nəticədə iki müəllim birgə orada təhsil alan uşaqların 62 yaşlı nənəsini döyüb xəsarət yetiriblər. Buna şahid olan müəllimlər valideyni hadisə törədən müəllimlərin əlindən xilas etsələr də, indi isə hər şeyi təkzib edirlər.

Xəsarət alan 62 yaşlı valideyn, evdə çarəsiz vəziyyətdə qalıb. Rəhbərlik hər şeyi inkar edir. Polis işi araşdırır".

İddiaçının sözlərinə görə, hadisə direktor otağının qapısı önündə baş verib və hadisəyə polisin qarışması səbəbindən məktəbdə kamera görüntüləri silinib.

Məsələ ilə bağlı araşdırmamız davam edir.

Son xəbərlər

"Qızlar, tanımadığınız oğlana ərə getməyin"

Türkiyə XİN Fransanın qərarını pislədi

Avtobus uçuruma düşdü,20-dən çox ölü var

“Azərbaycanca bilməməyim nöqsanımdır”

Bakıda yeni tikilən bina çökə bilər - VİDEO

75 yaşlı Jerar Depardye həbs edildi

Tehrana uçuşların dayandırılması müddəti uzadıldı

Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tbilisidə izdihamlı aksiya keçirildi

Oğul atanı döyərək öldürdü

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Odessa atəşə tutuldu: ölənlər və yaralananlar var

Səudiyyə Ərəbistanı ABŞ ilə müdafiə paktı bağlamağa yaxındır

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına...

Türkiyədə “TikTok” qadağan olunur?

Bakıda tələbələr saqqala görə dərsə buraxılmadı - FOTO

“Zirə” “Araz-Naxçıvan”a məğlub oldu

Mehriban Əliyeva onu təbrik etdi: "Səninlə fəxr edirəm!"

Blinken Hakan Fidanla bunları müzakirə edibmiş

Tiflisdə hökumət tərəfdarları aksiya keçirir

Bütün xəbərlər