BAKU Azərbaycan
°C

"İki gecədir ki, özümə gələ bilmirəm. Narahatçılıq keçirirəm, gecələr yatmıram, fikir çəkirəm. Çünki bir Allah bəndəsinin haqqını yemişəm və qəlbinə toxunmuşam. Videoya çəkdiyim həmin o şəxs mənim məhəllə uşağımdır. Onunla neçə ildir salamlaşıb-sağollaşırıq. "Tık-Tok"da məsləhətlərlə bağlı bir canlı yayım açdım.

İnsanlara yaxınlaşıb, sual verirdim ki, "Nə məsləhət görürsən?". Onlar isə öz peşəsinə uyğun cavab verməli idilər. Bu zaman isə məhlə uşağım rastıma çıxdı. Çox emosional idim. Evə gəlib həmin o videonu sosial şəbəkələrdə yayımladım. Sonra isə özüm də hiss etmədim ki, başıma belə bir xoşagəlməz hadisə gələ bilər".

Gundem.az  Bizim.Media-ya istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Bəhram Bağırzadə paylaşdığı videomüraciətində deyib.

Sənətçi bir neçə gün əvvəl sosial şəbəkə hesabında səfil həyatı keçirən fiziki məhdudiyyətli şəxsin “çəkmə, lazım deyil, başına dönüm” sözlərinə məhəl qoymayaraq, çəkməyə davam edib.

Bundan sonra komediyaçı izləyicilərin sərt ittihamları ilə üz-üzə qalıb. O, baş verən bu hadisəyə görə kamera qarşısına keçərək, Araz adlı həmin əlil insandan və hamıdan üzr istəyib". 

Qurani Kərim"də belə bir misralar var ki, əgər kiminsə qəlbinə toxunmusansa, birinci Allahdan yox, insanlardan üzr istə. Üzr istə, gəl mənə dua et, sənin günahını yuyum. 50 yaşına kimi gəlib çatdım, amma bu işləri görməmişdim. Hər zaman çalışmışam xeyirxah işlər görüm. Amma belə alındı. Mən öz hərəkətimə görə hamıdan üzr istəyirəm. Əgər kiminsə sinirlərinə toxunmuşamsa, hamıdan üzr istəyirəm. Birinci növbədə də mənim məhəllə uşağım Araz qardaşımdan".

Avtomobildə lentə alınan kadrlarda Araz adlı şəxs də olub. Bəhramın üzrxahlığını qəbul edən şəxs, onu bağışlayıb.

"Mən kiməm ki, Allah keçsin günahından. Səhvsiz insan olmur. Hər bir şəxsin başına iş gələ bilər. Sən məndən yaşca da böyüksən, nə olub-olub, öz aramızda qalsın. Allah köməyin olsun. Mən sənə halal edirəm. Lənkəranda qohumlarım narahatdırlar. Onlar və anam bu videoya baxıb rahatlanacaq ki, ciddi bir şey yoxdur. Sən təmiz ürəklə etmişdin, amma başqa cür alındı".

Son xəbərlər

"Qızlar, tanımadığınız oğlana ərə getməyin"

Türkiyə XİN Fransanın qərarını pislədi

Avtobus uçuruma düşdü,20-dən çox ölü var

“Azərbaycanca bilməməyim nöqsanımdır”

Bakıda yeni tikilən bina çökə bilər - VİDEO

75 yaşlı Jerar Depardye həbs edildi

Tehrana uçuşların dayandırılması müddəti uzadıldı

Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tbilisidə izdihamlı aksiya keçirildi

Oğul atanı döyərək öldürdü

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Odessa atəşə tutuldu: ölənlər və yaralananlar var

Səudiyyə Ərəbistanı ABŞ ilə müdafiə paktı bağlamağa yaxındır

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına...

Türkiyədə “TikTok” qadağan olunur?

Bakıda tələbələr saqqala görə dərsə buraxılmadı - FOTO

“Zirə” “Araz-Naxçıvan”a məğlub oldu

Mehriban Əliyeva onu təbrik etdi: "Səninlə fəxr edirəm!"

Blinken Hakan Fidanla bunları müzakirə edibmiş

Tiflisdə hökumət tərəfdarları aksiya keçirir

Bütün xəbərlər