BAKU Azərbaycan
°C

Ali məktəblərin sonuncu kurs tələbələri dövlət imtahanın ləğv edilməsini istəyirlər. Sosial şəbəkələrdə artıq 30 mindən çox tələbə bu çağırışa qoşulub. Buna səbəb dərslərin 3 semestr distant, bir semestr isə hibrid formada keçirilməsidir. Tələbələr bununla bağlı  oxuduqları universitetlərə və Təhsil Nazirliyinə müraciət etdiklərini bildirirlər. 

Ali təhsil müəssisələrinin sonuncu kurs tələbələri dövlət imtahanın ləğv edilməsini istəyirlər. Tələbələr bildirirlər ki, dərsləri 3 semestr distant, bir semestr hibrid formada keçmələrinə baxmayaraq, dövlət imtahanı verəcəklər. Onlar isə bunu istəmirlər. 

Tələbələr fikirlərini onunla əsaslandırırlar ki, son iki ildə pandemiya şəraiti nəzarə alınaraq sonuncu kurs tələbələri üçün dövlət imtahanı ləğv olunub və onlar Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə görə diplom alıblar. Tələbələr bu il də eyni təcrübədən istifadə edilməsi üçün təhsil aldıqları universitetlərə və Təhsil Nazirliyinə müraciət etdiklərini bildirirlər.

Təhsil üzrə ekspert Kamran Əsədov deyir ki, Azərbayanda pandemiya dövrü hələ də başa çatmayıb, karantin rejimi uzadılıb. Universitetlər təhsili tam olaraq bərpa etməyiblər. Ona görə də dövlət imtahanı birmənalı şəkildə ləğv edilməlidir.

Təhsil Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramı"na əsasən, ali təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. Dövlət attestasiyası bütün təhsilalanlar üçün məcburidir.

 

Son xəbərlər

Rasim Hüseynov vəzifəsindən AZAD EDİLDİ - SƏRƏNCAM

Blinken Səudiyyə Ərəbistanında SƏFƏRDƏDİR

Azərbaycan əhalisinin neçə faizi artıq çəkidən əziyyət çəkir? – RƏQƏMLƏR

Məşhur aparıcı Azərbaycandan KÖÇDÜ - FOTO

Xarici ticarət dövriyyəsi niyə azalır? - AÇIQLAMA 

Nazirliyə aid mərkəzin üzərindəki bayraq və yazı niyə sökülüb? - FOTOREPORTAJ

Bu aktyor “Komedixana”dan ayrıldı - FOTO

Abid Şərifov yeganə oğlunun ölümü barədə: "Yavaş-yavaş bütün bədənə yayıldı, qorxudan..." - VİDEO

İranın mədəniyyət naziri Azərbaycana SƏFƏR EDƏCƏK

İlham Əliyev Datuk Mutanq Taqalı QƏBUL ETDİ

Bakıda qəsdən adam öldürmə faktına görə cinayət işi BAŞLANDI

Mürsəl İbrahimov Qəbələdə vətəndaşların problemlərini dinlədi - FOTO

ABŞ-nin 61 milyardlıq yardımı ilə bağlı RƏSMİ AÇIQLAMA: "İşğal altındakı bütün ərazilər..."

Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu VERİLDİ - FOTO

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət etdi - VİDEO 

Aytən Səfərova ilə bağlı yeni xəbər

Latviya Ukraynaya humanitar yardım GÖNDƏRDİ

Flora Kərimova məşhur həkimi MƏHKƏMƏYƏ VERDİ - FOTO

Kamaləddin Qafarov: “Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq”

Həftəsonu cinayət törədən 120 nəfər SAXLANILDI 

Bütün xəbərlər