BAKU Azərbaycan
°C

"Kapital Bank" hər zaman sahibkarların daha rahat və fasiləsiz xidmət almaları üçün müxtəlif innovativ və onlayn yeniliklər təqdim edir.

"Unikal" xəbər verir ki, bir neçə yeni xidməti təqdim etmək üçün "Kapital Bank" 22 iyun 2022-ci il tarixində sahibkarları, tərəfdaşları JW Marriott Absheron Baku Hotelə topladı. “Məsafə saxlamırıq!” şüarı ilə keçirilən tədbiri keçirməkdə məqsəd yeni onlayn xidmətləri real olaraq nümayiş etdirmək, həmçinin sahibkarları maraqlandıran sualları cavablandırmaq idi.

Tədbiri açılış nitqi ilə "Kapital Bank"ın Korporativ və KOS Satış İdarəsinin Baş Direktoru Fərid Hidayətzadə açıb. O, çıxışı zamanı "Kapital Bank"ın sahibkarlarla əməkdaşlığının inkişafı, görülən işlər, gələcək planlar və bəzi statistik məlumatlar barədə məlumat verib. . Sonra isə Kapital Bank-ın əməkdaşları tərəfindən təqdimatlar keçirildi.

"Kapital Bank"ın KOS və Korporativ bankçılıq sahəsinin kreditləşmə məhsulları üzrə məhsul sahibi Bəhruz Camalov üz tanıma funksiyası ilə müqavilələrin məsafədən imzalanması imkanı, KOS və Korporativ bankçılıq sahəsinin ödənişlər və köçürmələr üzrə məhsul sahibi Rüfət Səbziyev Müştəri Bank Mobile tətbiqinin biznes adamlarının gündəlik iş həyatının bir hissəsi olması, KOS və Korporativ bankçılıq sahəsinin POS məhsulları üzrə məhsul sahibi Günel Talıbova rəqəmsal ödənişlərdə yenilik olan Mobile POS məhsulu barədə, KOS və Korporativ bankçılıq sahəsinin açıq bankçılıq və B2B inteqrasiyalar üzrə məhsul sahibi Cavidan Alıcanov isə açıq API portalının sahibkarların işinin asanlaşdırılması imkanı haqqında ətraflı məlumat verdib. 

Rəsmi hissə bitdikdən sonra foyedə hazırlanan xüsusi stenddə bir neçə yeni onlayn xidmətlərin, həmçinin Mobil POS-un real həyatda nə cür işləməsi qonaqlara nümayiş olundu və suallar cavablandırılıb. 

Qeyd edək ki, "Kapital Bank" mütəmadi olaraq müştərilərə göstərilən xidmətləri və təqdim edilən məhsulların şərtlərini sadələşdirərək məsafədən həyata keçirilməsi üçün müxtəlif yeniliklər təqdim edir. Bununla da müştərilər vaxta qənaət etməklə prosesləri daha sürətli yerinə yetirə bilirlər.

"Kapital Bank" sahibkarlar üçün tədbir təşkil etdi - FOTOLAR

Son xəbərlər

Külək güclənəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ

Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam VERİLDİ

Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM

Prezident Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ÜNVANLADI

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi QƏBUL EDİLDİ

Şahin Mustafayev Rusiyaya SƏFƏR EDƏCƏK

Prezident: "COP29-a hazırlıq məqsədilə bütün lazımi və zəruri işlər plana uyğun davam etdirilir"

Azərbaycanda tanınmış həkim VƏFAT ETDİ - FOTO

Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI

Müharibədən qaçan ruslar Rusiyaya geri qayıdır 

Prezident QƏBUL KEÇİRDİ

“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - RƏSMİ

Mərkəzi Bankın ehtiyatlarında artım zəifləyir – SƏBƏB

Prezident BMT Baş katibinin xüsusi müşavirini QƏBUL ETDİ

Həftəsonu 1 274 namizəd rezidenturaya İMTAHAN VERƏCƏK

Azərbaycanda 118 nəfər zəhərləndi - RƏSMİ

Bu gün Əfv Məsələləri Komissiyasının növbəti iclası KEÇİRİLƏCƏK

Bu rayonda qaz OLMAYACAQ

Magistral yolun bir hissəsi uçdu: 18 avtomobil uçuruma düşüb, tələfat var

Azərbaycan bu ölkələrlə enerji sistemlərini birləşdirdi

Bütün xəbərlər