BAKU Azərbaycan
°C

Xəbər verdiyimiz kimi, tanınmış ginekoloq-həkim Xalidə Kəngərlinin intihar etdiyi iddia olunur. 

Məşhur ginekoloqun özünü Yasamal rayonunda yaşadığı binanın 11-ci mərtəbəsindən atdığı deyilir. Hadisədən sonra yaxınları, dostları mediaya Xalidə Kəngərlinin özünü binadan atmasının ağlabatan olmadığını deyiblər.

Bununla bağlı Cebhe.info-ya onun idmançı rəfiqələri danışıblar. Azərbaycanın qadın paracüdoçusu, ötən il Tokio Paralimpiadasında ölkəmizə beşinci qızıl medalı qazandıran Xanım Hüseynova Xalidənin intihar etməsinin mümkün olmadığını bildirib:

"Mümkün deyil ki, Xalidə intihar etsin. Deyirlər ki, ərinin psixoloji problemləri olub. Xeyr, elə deyil. Xalidənin əri Dövlət Gömrük Komitəsində işləyir. Gömrükdə işləyənin psixoloji problemləri ola bilər? Düşünürəm ki, dövlət işində işləyənlərin belə bir problemi olmamalıdır. Xalidə elə yaxşı insan idi ki... Kimi dindirsən, onun gülərüz, mərhəmətli, dünyanı sevən insan olduğunu deyərdi. Həmin gün əməliyyata gedib, əhvalı yaxşı olub. Mən istəmirəm ki, bunun üstü intihar kimi bağlansın". 

Xanım Hüseynova bildirib ki, həyat yoldaşı onu özünü binadan atmağa məcbur edə bilərdi: "Mən özüm əvvələr onun bədənində göy qançırlar görmüşəm, amma üzünə vurmamışam. Xalidə Kəngərlinin illərlə əri tərəfindən qapalı şəraitdə saxlanılması barədə gəzən söz-söhbətlər də doğru deyil. Onun intihar etməsi yalnız 1 faiz ola bilər"

Xalidə Kəngərlinin digər rəfiqəsi, çempion, cüdoçu Gülsədəf Kərimova da saytımıza açıqlama verib: "Xalidə çox həyatsevər qadın, pozitiv insan idi. Onun bütün dostları yaxşı bilirdi ki, heç vaxt intihar etməz. Bu mümkün deyil. İnsanların qucağına körpə verən insan idi, heç vaxt öz körpələrini qoyub çıxıb getməzdi". 

Gülsədəf Kərimova son zamanlar mərhum ginekoloqun əri tərəfindən fiziki şiddət gördüyünü və depressiyada olduğunu da bildirib:

"Axırıncı dəfə iki gün qabaq onunla danışmışdım. Gülüb-danışmışdıq. Bir müddət əvvəl də klinikaya getmişdim, gördüm ki, Xalidə çox arıqlayıb. Mənə dedi ki, depressiyadayam. Evdə problemlərim var. Yoldaşı onu çox incidirdi, döyürdü, ona əl qadırırdı. Evdə hər şeyi Xalidə edirdi". 

Son xəbərlər

ABŞ səfiri Putinin andiçmə mərasiminə qatılmadı, Rusiyanı TƏRK ETDİ

Bu halda kartınızdakı pullar oğurlana bilər - DİN-dən XƏBƏRDARLIQ!

Rusiya bu ölkə ilə ticarəti 240 milyard dollara çatdırıb – RƏQƏMLƏR

İsrail təmsilçiləri HAMAS-la danışıqlar üçün Qahirəyə GEDİR

“Aşk-ı Memnu”nun məşhur aktrisası TANINMAZ HALDA - FOTOLAR

Banklar hər hərracda 70-80 milyon dollar alır - Səbəb nədir?

Çində xəstəxanaya HÜCUM: 10 ölü, 23 yaralı

Prezident TƏSDİQLƏDİ: Bu şəxslər 600 manatadək cərimə ediləcək

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Xanəndənin qayınatası vəzifəsindən azad edildi

Şəhid qardaşının ölümü ilə bağlı cinayət işi açıldı

Ər onu "Xoşqədəm"də axtarır, özü Lalənin efirindədir - FOTO

Kapital Bank-ın Laçın filialının açılışı baş tutdu

Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi

Moody’s Beynəlxalq Reytinq Agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqladı

Azərbaycanda vəzifəli şəxs həbs olundu - RƏSMİ

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ZİYARƏT ETDİ

Hoteldə ölənlər qidadan zəhərlənməyib - RƏSMİ

Dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatıb - FAKTİKİ HAVA

Media nümayəndələrinin iştirakı ilə autizmlə bağlı seminar keçirildi - FOTO

Bütün xəbərlər