BAKU Azərbaycan
°C

Bir neçə gündən sonra 4 illiyin ən önəmli yarışı olan futbol üzrə dünya çempionatı start götürəcək. Bu məqamda, heç şübhəsiz, hər bir oyunçunun xəyalı olan Dünya Kubokunun necə və harada hazırlandığına nəzər salmaq maraqlı olardı.

Gundem.az  xəbər verir ki, ilk növbədə onu qeyd etmək lazımdır ki, hazırkı mükafat mundialların qalibinə təqdim olunan 2-ci kubokdur. 1930-cu ildən 1970-ci ilə qədər dünya çempionlarına üzərində qələbə ilahəsi Nika əks olunan “Jül Rime” mükafatı təqdim olunurdu. Lakin 1970-ci ildə Braziliya yığması turniri 3-cü dəfə qazanaraq kuboku əbədi saxlamaq hüququna yiyələndiyindən yeni mükafata ehtiyac yarandı. FİFA-ya təqdim olunan 53 variant arasında qurum yekunda italiyalı Silvio Qatsaniqqanın eskizinə üstünlük verdi.

Bundan başqa, kubokun verilmə qaydaları da dəyişikliyə məruz qaldı. Artıq mundialların qaliblərinə mükafatın nüsxəsi təqdim olunur, orijinal kubok isə FİFA-nın mənzil qərargahında saxlanılır.

Müasir kubokun hazırlanmasında malaxit və 18 karatlıq qızıldan istifadə olunur. Hündürlüyü 36,8 santimetr, çəkisi isə 6,1 kiloqram olan mükafat Yer kürəsini tutan iki insan fiqurunu təsvir edir.
Maraq üçün onu da deyək ki, İtaliyadakı kiçik bir müəssisədə hazırlanan kubokun ərsəyə gəlməsində 14 nəfərlik heyət işləyir.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

Son xəbərlər

Həftəsonu cinayət törədən 120 nəfər SAXLANILDI 

Prezident QƏBUL KEÇİRDİ

İrandan daxil olan həyəcan siqnalı: Bu, Azərbaycan üzərindən tranzit yük daşımalarına necə təsir edəcək?

Dünya bazarlarında neft UCUZLAŞDI

Türkiyə şirkəti Ağdam Sənaye Parkında REZİDENT OLACAQ

Məşhur aktyor Taleh Yüzbəyov həyat yoldaşını siqaretlə YANDIRDI - VİDEO

"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"

“Reuters”in əməkdaşı Moskvada həbs olundu

Bakıda mənzildə meyit aşkarlandı

Azərbaycan Türkiyədən dekorativ bitkilərin idxalını artırıb

Derbinin qalibi "Fənərbağça" oldu

Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı

Ermənistan Müdafiə Nazirliyi çağırış etdi

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Zelenski buna görə administrasiya rəhbərini işdən çıxardı

Rasim Balayevdən Taleh Yüzbəyova sərt sözlər

İndoneziyada 6,3 bal gücündə zəlzələ oldu

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

Bakıda avtomobil yanır: yolda tıxac yarandı - VIDEO

Bütün xəbərlər