BAKU Azərbaycan
°C

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Azərbaycanın İrandakı  səfirliyinə silahlı hücum olub.

Gundem.az bildirir ki, bizim media-nın əməkdaşı hadisə ilə bağlı Azərbaycanda fəaliyyət göstərən və tez-tez efirlərimizdə görünən iranlı bəstəkar-müğənni Afşin Azəri və Əli Pomehr ilə əlaqə saxlayıb.

Afşinin meneceri Nevid açıqlamasında bildirib ki, baş verən hadisədən xəbərdardır.

Əli Pomehr isə əməkdaşımızla söhbətində bunları deyib:

"Törədilən terror aktı ilə bağlı çox pis olmuşam və narahatlıq keçirirəm. Hamı mənə zəng edib məsələ ilə bağlı münasibətimi öyrənmək istəyir. Hazırda mən də xəbərləri izləyirəm və bu məsələnin kimlər tərəfindən törədildiyini öyrənmək istəyirəm".

Qeyd edək ki, Azərbaycan Prezidenti Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınadığını açıqlayıb.

Xatırladaq ki, Azərbaycan XİN baş verənlərlə bağlı rəsmi məlumat yayıb. Bildirilir ki, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.

 

Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Son xəbərlər

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi VURDULAR

Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO

“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO

Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO

“Fənərbağça”nın əfsanəsi Super Liqa klubunu çalışdıra bilər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Pluton retroqradı başladı: Bu bürclərin həyatına ciddi təsir edəcək

Elçinlə Aydan barışdı!

Bu küçə və prospektlərdə hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ - DİQQƏT! 

Mayın 5-i saat 15-dən... - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Nərimanovda quruyan ağaclarla bağlı AÇIQLAMA - FOTO

Prezident Türkiyə ilə bağlı sazişi TƏSDİQLƏDİ

Prezident qanun İMZALADI

BDYPİ sürücülərə çağırış etdi - VİDEO

Türkiyə şəhid VERDİ

Dünyanın ən ağıllı insanı irqçi idi? - Eynşteyn gündəliyində nə yazmışdı? 

Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar

Fransada uşaqlarla bağlı QADAĞA - 13 yaşdan aşağı...

Bütün xəbərlər