BAKU Azərbaycan
°C

"Aydındır ki, sosial media həyat və fəaliyyətimizdə müəyyən rola malikdir. Sosial media bizə müxtəlif üstünlüklər təmin etməklə yanaşı, məhkəmə fəaliyyəti ilə əlaqədar müstəqillik, qərəzsizlik və dürüstlük prinsiplərinin pozulmasına gətirib çıxara biləcək risklər də yaradır. Xüsusilə də məhkəmə fəaliyyətinə cəmiyyətin və ya ayrı-ayrı qrupların sosial media vasitəsilə müdaxilə və təsir etməsi yəqin ki, hər bir ölkənin qarşılaşdığı problemdir".

Gundem.az xəbər verir ki, bunu “Ali Məhkəmələrin ədalət mühakiməsində rolu: müsbət təcrübələr və müasir çağırışlar” mövzusunda beynəlxalq konfransda Ali Məhkəmənin sədri Ramiz Rzayev  deyib.

Ali Məhkəmənin sədri bildirib ki, sosial mediadan bu qaydada istifadə yolverilməzdir və məhkəmə fəaliyyətinə müdaxilə qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olmalıdır.

“Söz və ifadə azadlığının hər bir cəmiyyətdə ən təməl hüquqlardan biri olduğunu hamımız qəbul edirik. Lakin sosial mediadan istifadə məhkəmələrə olan etimadı zədələyəcək formada olmamalı, icraatda olan məhkəmə işlərinə müdaxilə və təsir şəklində aparılmamalı, yekunlaşmış məhkəmə icraatları üzrə çıxarılmış qərarların qanuniliyi və ədalətliliyi istehza predmetinə çevrilməməlidir”.

Son xəbərlər

Elçinlə Aydan barışdı!

Bu küçə və prospektlərdə hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ - DİQQƏT! 

Mayın 5-i saat 15-dən... - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Nərimanovda quruyan ağaclarla bağlı AÇIQLAMA - FOTO

Prezident qanun İMZALADI

BDYPİ sürücülərə çağırış etdi - VİDEO

Türkiyə şəhid VERDİ

Dünyanın ən ağıllı insanı irqçi idi? - Eynşteyn gündəliyində nə yazmışdı? 

Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar

Fransada uşaqlarla bağlı QADAĞA - 13 yaşdan aşağı...

Bakıda və Abşeron yarımadasında küləyin sürəti 22 m/s-dək GÜCLƏNDİ

Bu şəxslər pensiyaya 5 il tez çıxacaq

Hava bu tarixdən KƏSKİN DƏYİŞİR - XƏBƏRDARLIQ! 

Azərbaycanlı aparıcıya AĞIR İTKİ - FOTO

Bu xanımlar pilinq ETMƏSİN! - Həkim səbəbi açıqladı

Bu şəxslər pensiyaya daha tez ÇIXACAQ - PREZİDENT TƏSDİQLƏDİ

“Qazprom” zərər edib – Son 25 ildə ilk dəfə

Pakistanda AĞIR QƏZA: 20 nəfər öldü, yaralılar var

Sergey Şoyqunun qızı övladının ŞƏKLİNİ PAYLAŞDI

Bütün xəbərlər