BAKU Azərbaycan
°C

Çində tələbin kəskin bərpası və təklifin durğunluğu fonunda neft bazarı 2023-cü ilin ikinci yarısında qıtlıqla üzləşə bilər.

Bu barədə Gundem.az aparıcı qlobal investisiya bankçılığı, qiymətli kağızlar və investisiyaların idarə edilməsi şirkəti olan “Goldman Sachs Group, Inc”in analitik qeydinə istinadən xəbər verir.

Məlumata görə, qeyd olunan prosseslər “OPEC+”razılaşması iştirakçılarının iyun ayında keçiriləcək iclasında hasilatın artırılması barədə qərarın verilməsinə səbəb ola bilər.

Qeyd edək ki, ötən ilin oktyabr ayında OPEC+ ölkələri gündəlik neft hasilatını 2023-cü ilin sonuna 2 mln. barel azaltmaq barədə razılığa gəliblər.

“Goldman Sachs” ilin ikinci yarısında “OPEC+" üzrə gündəlik hasilatının 1 mln.barel artması şərtilə dekabr ayı üçün neft qiymətlərinin tədricən 100 ABŞ dolları səviyyəsinə yüksələcəyini gözləyir.

“OPEC+” hasilat səviyyəsini dəyişməsə, o zaman “Brent” markalı neftin qiyməti dekabr ayı üçün 107 dollara çata və daha da artmağa davam edə bilər.

Son xəbərlər

Elçinlə Aydan barışdı!

Bu küçə və prospektlərdə hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ - DİQQƏT! 

Mayın 5-i saat 15-dən... - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Nərimanovda quruyan ağaclarla bağlı AÇIQLAMA - FOTO

Prezident qanun İMZALADI

BDYPİ sürücülərə çağırış etdi - VİDEO

Türkiyə şəhid VERDİ

Dünyanın ən ağıllı insanı irqçi idi? - Eynşteyn gündəliyində nə yazmışdı? 

Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar

Fransada uşaqlarla bağlı QADAĞA - 13 yaşdan aşağı...

Bakıda və Abşeron yarımadasında küləyin sürəti 22 m/s-dək GÜCLƏNDİ

Bu şəxslər pensiyaya 5 il tez çıxacaq

Hava bu tarixdən KƏSKİN DƏYİŞİR - XƏBƏRDARLIQ! 

Azərbaycanlı aparıcıya AĞIR İTKİ - FOTO

Bu xanımlar pilinq ETMƏSİN! - Həkim səbəbi açıqladı

Bu şəxslər pensiyaya daha tez ÇIXACAQ - PREZİDENT TƏSDİQLƏDİ

“Qazprom” zərər edib – Son 25 ildə ilk dəfə

Pakistanda AĞIR QƏZA: 20 nəfər öldü, yaralılar var

Sergey Şoyqunun qızı övladının ŞƏKLİNİ PAYLAŞDI

Bütün xəbərlər