BAKU Azərbaycan
°C

1972-ci ildə "Apollon 17" missiyası zamanı insanlar son dəfə Ayda gəziblər. ABŞ astronavtları Harrison Şmitt və Yugen Cernan əlavə tədqiqat üçün Yerə gətirilən təxminən 110,4 kiloqram torpaq və qaya nümunələri toplayıblar.

Yarım əsr sonra Şmitt tərəfindən toplanmış iri dənəli maqmatik qaya parçasının içindəki sirkon mineralının kristalları alimlərə Ayın yaranması və Yerin səma tərəfdaşının dəqiq yaşı haqqında daha dərin anlayışlar verir.

Gundem.az AZƏRTAC-a istinadən bildirir ki, alimlər kristalların təhlilinə əsaslanaraq Ayın əvvəllər düşünüldüyündən təxminən 40 milyon il yaşlı olduğunu, yəni onun 4,46 milyard il əvvəl, Günəş sisteminin yaranmasından sonra 110 milyon il ərzində əmələ gəldiyini müəyyən ediblər.

Ayın əmələ gəlməsi ilə bağlı əsas fərziyyə Günəş sisteminin xaotik erkən tarixində Mars böyüklüyündə Theia adlı obyektin ilkin Yerə çırpılmasıdır. Bu zaman maqma (ərimiş qaya) kosmosa atılıb və o, Yerin orbitində fırlanan və Aya birləşən bir dağıntı diski meydana gətirib. Lakin Ayın əmələ gəlməsinin dəqiq vaxtını müəyyən etmək çətin olub.

Maqma soyuduqdan və bərkidikdən sonra mineral kristallar əmələ gəlib. Tədqiqatçılar nəhəng zərbədən sonra əmələ gələn ən qədim məlum bərk cisimlərin - Şmittin topladığı Norit adlı qaya parçasının içərisindəki sirkon kristallarının yaşını təsdiqləmək üçün atom zond tomoqrafiyası adlı metoddan istifadə ediblər.

"Mən bu araşdırmanın 51 il əvvəl toplanaraq Yerə gətirilən nümunə üzərində aparılmasını sevirəm. O zaman atom zond tomoqrafiyası hələ inkişaf etməmişdi və elm adamları bu gün etdiyimiz analiz növlərini təsəvvür edə bilməzdilər", -deyə Çikaqodakı Field Muzeyinin baş direktoru, Çikaqo Universitetinin professoru və tədqiqatın baş müəllifi kosmos kimyaçısı Filip Hek bildirib.

Tərkibində sirkon olan qaya Ayın cənub-şərq kənarındakı Littrou vadisində toplanıb və NASA-nın Hyustondakı Conson Kosmik Mərkəzində saxlanılıb. "Sirkonlar çox sərtdir və hava şəraiti zamanı süxurların parçalanmasına davamlıdır", -deyə F.Hek qeyd edib.

2021-ci ildə nəşr olunan bir araşdırma kristallarda neçə uran və qurğuşun atomunun olduğunu ölçmək üçün ion mikrozondu analizi adlanan bir texnikadan istifadə edərək, radioaktiv uranın zamanla qurğuşun üçün parçalanmasına əsaslanaraq sirkonun yaşını hesablayıb. Sirkon kristal strukturunda qüsurlar varsa, qurğuşun atomları ilə bağlı potensial komplikasiyaya görə bu yaşı başqa üsulla təsdiqləmək lazım idi.

Yeni tədqiqat kristalların yaşını təsdiqləyən qurğuşun atomlarında heç bir fəsad olmadığını müəyyən etmək üçün atom zond tomoqrafiyasından istifadə edib. Orta hesabla təxminən 385.000 kilometr məsafədə Yer ətrafında fırlanan Ayın diametri təxminən 3.475 kilometr, yəni planetimizin diametrinin dörddəbirindən bir qədər çoxdur.

Alimlər bildiriblər ki, Ayı meydana gətirən nəhəng zərbə Yer üçün kataklizm olub və Yerin fırlanma sürətini dəyişib. Bundan sonra Ay Yerin fırlanma oxunun sabitləşməsinə və sürətinin ləngiməsinə təsir edib. Yalnız bundan sonra Yer yaşayış üçün əlverişli planetə çevrilib.

Ayın cazibə qüvvəsi okeanın ekosistemini formalaşdırmağa da kömək edir. Ay insan mədəniyyətləri və kəşfiyyatları üçün ilhamvericidir. NASA və digər kosmik agentliklər Ayı gələcək dərin kosmos tədqiqatları üçün pilləkən kimi görürlər.

Son xəbərlər

Smartfon bazarında bu telefonlar trend olacaq - Mütəxəssislər AÇIQLADI

İngiltərə Premyer Liqasında yeni maaş sistemi - Səsvermə keçiriləcək

Bu marketlər şəbəkəsinin direktoru ildə 27 milyon dollar qazanır - FOTO

İlham Əliyev Datuk Mutanq Taqalı QƏBUL ETDİ- YENİLƏNDİ 

Avropada Rusiya və Çin casusları HƏBS EDİLİR - Britaniyadan növbəti SANKSİYA

Bu, yaşlanmanı sürətləndirir - ARAŞDIRMA

DİM-dən yayda keçiriləcək imtahanlarla bağlı QƏRAR

Aktrisadan “Cennet Mahallesi” ilə bağlı AÇIQLAMA: "Gördüm ki, onlar..." - FOTO

Prezident QƏBUL KEÇİRDİ - YENİLƏNDİ 

Ceyhun Bayramov Qətərə işgüzar səfərə YOLA DÜŞDÜ

Bakının məşhur restoranında ÖLÜM: Rəqs edərkən... - TƏFƏRRÜAT

Xadimə evdən 60 minlik qızıl-zinət əşyaları OĞURLADI 

Özbəkistanın mədəniyyət naziri Azərbaycana səfər edəcək

Yan Vanmin: "Azərbaycan Çin üçün çox vacib tərəfdaşdır"

“Azərbaycan 2030 və dayanıqlı inkişaf” milli tələbə müsabiqəsi keçirildi - FOTOLAR

Bakıda bu ərazidə yeni park salınacaq - RƏSMİ

Məşhur aktyor polisə ÇAĞIRILDI - FOTO

Qazaxda mina partlayışı OLDU, XƏSARƏT ALAN VAR

Putinin Türkiyəyə səfəri yubadılır - Səbəb nədir?

Sabah 32 dərəcə isti olacaq

Bütün xəbərlər