BAKU Azərbaycan
°C

Yuxu beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji prosesdir. Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar. Məcburi yuxu canlıların bütün cismi və zehni fəaliyyətlərini dayandırır. Yuxu haqqında həmişə maraqlı faktlar, miflər deyilir. Bəziləri görülən yuxuya çox məna yükləyir, bəziləri isə onu ciddiyə almır. Mütəxəssislər yuxu haqqında bir neçə maraqlı fakt açıqlayıblar. 

Gundem.az həmin maraqlı faktları təqdim edir: 

Çox vaxt yuxuda tanımadığımız insanlar görürük. Lakin unutmaq lazım deyil ki, təfəkkürümüz insan simaları yarada bilmir. Buna görə əminliklə deyə bilərik ki, yuxuda görüb tanımadığımız insanlar həyatda görüb sadəcə unutduğumuz simalardır.

Hamı rəngli yuxu görür. Gözləri görən insanların çox az faizi yuxularını ağ-qara rəngdə görürlər. Onlar da daltoniklərdir.

Oyandıqdan 5 dəqiqə sonra yuxumuzun yarısını, 10 dəqiqə sonra isə 90 faizini unuduruq.

Dərin yuxu fazasında ürək döyüntüləri, təzyiq və nəfəs minimum göstəriciyə çatır.

Görmə qabiliyyəti ilə doğulub sonradan itirənlər eyni görənlər kimi yuxu görməyə davam edir. Ancaq doğuşdan kor olanlar imiclər ehtiva edən yuxular görmürlər. Onların yuxuları səs, qoxu və hiss üzərinə qurulur.

Orta hesabla insan, ömrünün 16 ildən bir qədər artiğını yuxuda keçirir.

Təxminən 20 faiz yuxugörmələrdə süjetlər real yerlərə və real adamlara yüksək dərəcədə uyğun gəlir. Əksər hallarda yuxular quraşdırma obrazlar şəklində görülür. Məsələn, yuxuda görülən mənzil sizə tanış olan bir neçə mənzilin əlamətlərindən quraşdırılmış olur. Tanıdığınız bir adamı başqa xasiyyətlə görə bilərsiz. Eyni bir səhnə keçmişin müxtəlif dövrlərinə aid əlamətləri, yaxud realda müxtəif yerlərə aid əlamətləri özündə birləşdirir və s.

Sorğuda iştirak edənlərin təqribən 70 faizi yuxuların motivləri əsasında dejavü yaşadıqlarını təsdiq ediblər.

Yuxu daha çox neqativ emosiyaları önə çəkir. Yuxugörmələrdə ən çox baş verən emosional vəziyyət həyəcandır. Həyəcan nə qədər şiddətli olursa, oyandıqdan sonra yuxunun xatırlanma və uzun müddət yadda qalma imkanı bir o qədər böyükdür.

İnsanlar yuxunun ləng fazalarında xoruldayırlar. Xoruldama zamanı yuxugörmə olmur.

Son xəbərlər

"ABŞ lideri İsraili tək buraxıb" - Tramp Baydeni TƏNQİD ETDİ

Prezident Turşsu qəsəbəsinin TƏMƏLİNİ QOYDU

İlham Əliyev şuşalıları təbrik etdi

Narkotik alverçiləri üçün ölüm hökmü TƏSDİQLƏNDİ

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə TANIŞ OLDU - FOTO

Azərbaycanda yeni növ radarlar quraşdırılır - Sürücülərin DİQQƏTİNƏ! + FOTO

Bəzi yerlər dolu düşdü - FAKTİKİ HAVA

Azərbaycanda vəkil əməliyyat zamanı ÖLDÜ - FOTO

Bu ölkədə Lassa qızdırmasından 156 nəfər öldü

ABŞ-nin hərbi gəmisi Çin sularına girdi, dənizdə gərginlik yarandı

Sabunçuda ƏMƏLİYYAT: dəstə üzvləri saxlanıldı - FOTO

Ərdoğan: "Türkiyənin yeni konstitusiyaya ehtiyacı var"

Son 20 ilin ən güclü maqnit qasırğası: Nələrə diqqət yetirməliyik?

Məzahir Pənahov AÇIQLAMA VERDİ: "Noyabrın 3-ü..."

Prezident və xanımı təməlqoyma mərasimində İŞTİRAK ETDİLƏR

Ən xeyirxah BÜRCLƏR - Onlar hər zaman...

Mehriban Əliyeva Ümummilli Liderin anadan olmasını ildönümü ilə bağlı PAYLAŞIM ETDİ

Prezident tunelin açılışında İŞTİRAK ETDİ - FOTO

Bu ölkədə ildırım insanların qəniminə çevrilib: Bir ayda 43 nəfər öldü

Prezident tunelin açılışında İŞTİRAK ETDİ

Bütün xəbərlər