BAKU Azərbaycan
°C

"Bayağı" deyilən musiqi mövzusuna toxunmaq istərdim. İnternetdə kimin nəyə qulaq asması onun şəxsi haqqı və zövqüdür. Amma problem ondadır ki, belə musiqilər televiziya və radiolara sızıb. Bəs “bayağı” musiqisinin ifaçılarını televiziya və radio aparıcıları necə tərifləyirlər... Onlara "sənətkar" deyirlər və bu insanlar əslində “sənətkar” olduqlarına inanmağa başlayırlar".

Gundem.az axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Sevda Ələkbərzadə Mədəniyyət və yaradıcı sənayelər forumu çərçivəsində təşkil olunan Musiqi İndustriyası Platformasında "Rəqəmsal dövrdə musiqi sənayesinin eko-sistemdə formalaşması" adlı panel-sessiyada deyib.

Müğənni hazırda çox səsləndirilən və "bayağı" adlandırılan mahnılardan danışıb:

"Şəxsən mən ətrafda elə “sənətkar"lar olanda "sənətkar" olmaq istəmirəm. Balaca uşaq bilmir ki, hansı musiqi keyfiyyətlidir, hansı bayağı. O sadəcə görür, eşidir və ona təsir edir. Mən bir dəfə İçərişəhərdə özüm üçün video çəkmişdim. Orada fonda elə bir mahnı səslənirdi ki, vallah, nə deyim... Bura İçərişəhərdir. Tarixi məkan. Həmin o cür bayağı musiqi niyə orada səslənməlidir?".

Sevda bildirib ki, verilişlərə getməməsinin səbəbi də bu cür mahnıların reklam edilməsidir:

"Baxıram ki, həmin verilişdə 2 gün əvvəl kimlər olub və necə təqdim edilirlər. Mənim elə verilişdə nə işim var? Ayıbdır".

Qeyd edək ki, S.Ələkbərzadə İçərişəhərdə baş tutan konsertdə Türkan Vəlizadənin "Ağlıma bir ad gəlir" mahnısının səsləndirilməsini tənqid etmişdi.

Son xəbərlər

Ermənistanın keçmiş deputatı Rusiyada saxlanılıb

Yaponiya təxminən 2 milyard dollar dəyərində COVID-19 dərmanlarını məhv edəcək

Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək

Sumqayıtda avtomobil 18 yaşlı qızı vuraraq öldürüb

Fransadakı AES-in inzibati binasında baş verən yanğın söndürülüb

Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Rusiyanın Baş nazirinin 10 müavini olacaq

Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq

"Seltik" Şotlandiya çempionatının qalibi olub

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib

Qurban Yetirmişlidən zəlzələ riski ilə bağlı AÇIQLAMA: "Ən güclü təkan..."

Azərbaycanda güclü ZƏLZƏLƏ OLDU

Ziba Osmanova iki azyaşlını maşınla vurdu

“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb

Hava ilə bağlı daha bir XƏBƏRDARLIQ!

Prezidentin festivaldakı çıxışının VİDEOSU

Putin yeni hökumətin strukturunu TƏSDİQLƏDİ

NATO-nun İsveçrə sammitindən GÖZLƏNTİLƏR: "Kiyev əmindir ki..." - AÇIQLAMA

Azərbaycan xalqını indi daha böyük inam birləşdirir  

Bütün xəbərlər