İdman
30.03.2024 / 21:30
150
Pepe Reynanın Azərbaycandakı “bənzər”i
Azərbaycan klublarının heyətində avrokuboklarda ən çox quru oyun keçirən qapıçılar bəlli olub.
Gundem.az xəbər verir ki, mütləq rekord İbrahim Şehimə məxsusdur.
Bosniya və Herseqovinadan olan qolkiper “Qarabağ”da oynadığı illərdə 21 avrokubok görüşündə qapısını toxunulmaz saxlayıb. Bu, klublarımızın formasını geyinənlər arasında ən yüksək göstəricidir.
Ağdam klubunun daha bir sabiq qapıçısı ikinci pillədə qərarlaşıb. Şahruddin Məhəmmədəliyev 13 oyunu qol buraxmadan tərk edib.
İlk “üçlüy”ü Dmitri Bezotosnı qapayır. “Qəbələ”də oynamış ukraynalı 10 görüşü quru keçirib.
Qeyd edək ki, bir neçə gün əvvəl İFFHS-in dünya reytinqinə Pepe Reyna başçılıq edir. O, dünya və qitə səviyyəli klub turnirlərində 79 quru oyun keçirib.
İdman.biz
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay