BAKU Azərbaycan
°C

Ermənistanda aksiyalar səngimək bilmir. Hazırda İrəvanın 4 fərqli hissəsində Baş nazir Nikol Paşinyanın istefası tələbilə etiraz yürüşləri keçirilir. 

Etirazların səngiməməsi isə mövcud hakimiyyətin dəyişməsi, iqtidarın kürsüsünün ciddi şəkildə laxlaması ilə bağlı ehtimalları artırıb.

Mövcud durumla bağlı Gundem.az-a danışan politoloq Məhəmməd Əsədullazadə Ermənistanda hakimiyyətin dəyişməyəcəyini deyib:

“Aksiya birbaşa Kremlin göstərişi ilə Nikol Paşinyana təzyiq vasitəsi kimi düşünülüb. Etirazların arxasında olan Robert Koçaryan və Serj Sarkisyanın əsas hədəfi mövcud iqtidarı devirməkdir.  Amma Kremlin Ermənistanı revanşistlərin əli ilə qarışdırmaq və sülhü pozmaq cəhdləri səmərəsiz olacaq. Artıq Qarabağ separatçıları ilə N. Paşinyan arasında ciddi münaqişə yaşanır.

Xankəndində silahlı şəxslərin ortaya çıxması və atəş açması məhz revanşistlərin vəziyyəti gərginləşdirməsidir. Bununla N. Paşinyana sülhə getməmək ultimatumu verirlər. Bu silahlı şəxslər sabah Yerevan küçələrində də peyda ola bilər. Revanşistlərin bu cəhdlərinin uğursuz olacağı şübhəsizdir”.

Ekspert anti-terror əməliyyatlarıın başlayaca biləcəyini də sözlərinə əlavə edib: 

“Ermənistan hakimiyyəti konkret olaraq Azərbaycanla danışıqlarda separatçıların təkliflərini nəzərə almır və prosesi beynəlxalq hüquqa uyğun aparmağa çalışır. Qeyd edim ki, N. Paşinyan Azərbaycanla normallaşma prosesini aparmaq üçün ABŞ başda olmaqla, Qərbdən lazımi dəstəyi alır. N. Paşinyanın Avropadakı erməni diasporundan da dəstək alması mümkündür. Çünki Azərbaycanla alternativ variant yoxdur. Xankəndində revanşistlər sülhə mane olarsa, Azərbaycan anti-terror əməliyyatlarına start verə bilər. Prezident İlham Əliyevin prinsipial mövqeyi və bu xüsusda açıqlamaları göstərir ki, Ermənistan üçün güzəşt limiti bitib”.

Əzizə Zeynal 
 

Son xəbərlər

Külək güclənəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ

Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam VERİLDİ

Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM

Prezident Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ÜNVANLADI

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi QƏBUL EDİLDİ

Şahin Mustafayev Rusiyaya SƏFƏR EDƏCƏK

Prezident: "COP29-a hazırlıq məqsədilə bütün lazımi və zəruri işlər plana uyğun davam etdirilir"

Azərbaycanda tanınmış həkim VƏFAT ETDİ - FOTO

Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI

Müharibədən qaçan ruslar Rusiyaya geri qayıdır 

Prezident QƏBUL KEÇİRDİ

“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - RƏSMİ

Mərkəzi Bankın ehtiyatlarında artım zəifləyir – SƏBƏB

Prezident BMT Baş katibinin xüsusi müşavirini QƏBUL ETDİ

Həftəsonu 1 274 namizəd rezidenturaya İMTAHAN VERƏCƏK

Azərbaycanda 118 nəfər zəhərləndi - RƏSMİ

Bu gün Əfv Məsələləri Komissiyasının növbəti iclası KEÇİRİLƏCƏK

Bu rayonda qaz OLMAYACAQ

Magistral yolun bir hissəsi uçdu: 18 avtomobil uçuruma düşüb, tələfat var

Azərbaycan bu ölkələrlə enerji sistemlərini birləşdirdi

Bütün xəbərlər