BAKU Azərbaycan
°C

Gündəm.az-ın suallarını Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Tofiq bəy, bir müddət öncə Rusiyanın BMT-dəki nümayəndəsi Azərbaycanı bioloji silah laboratoriyası qurmaqda ittiham etdi. Doğrudur, Dövlət Təhlükəsizlik Xidməti bu ittihama cavab verdi və informasiyanı yalanladı. Məsələ ilə bağlı sizin mövqeyinizi bilmək maraqlı olardı. Rusiyanın BMT-dəki nümayəndəsinin bu ittihamının arxasında hansı maraqlar dayanır?

- Rusiya tərəfindən bu kampaniya bütün MDB ölkələri üzrə aparılır. Ukrayna, Gürcüstana və Moldovaya qarşı da belə ittihamlar səsləndirilmişdi, amma bu fikirlər təsdiqini tapmadı. İttihamlarda bir qayda olaraq qeyd olunur ki, bu loboratoriyalar ABŞ tərəfindən idarə olunur və əldə olunan nəticələrdən gələcəkdə hərbi məqsədlər üçün istifadə olunacaq. İndi nə üçün Azərbaycanı da bu siyahıya əlavə ediblər? Görünür, Rusiyada müəyyən dairələr Azərbaycanın apardığı müstəqil xarici siyasətlə razılaşmırlar. Xüsusilə də, Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi və bu ölkəyə hümanitar yardımlar etməsi Rusiyada kimlərinsə xoşuna gəlmir. Ona görə də bizi nədəsə ittiham etməyə başlayıblar. Həm Azərbaycan, həm də ABŞ Rusiyanın bu ittihamlarını cavablandırıb. Bu məsələ bizim üçün qapanıb. 

- Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq konfransdakı çıxışında müharibə vaxtı Rusiyadan Ermənistana silah daşındığını yenidən gündəmə gətirdi. Prezident  “İsgəndər-M” raketi ilə bağlı məsələni rusiyalı həmkarı Putinlə müzakirə etdiyini, amma heç bir cavab ala bilmədiyini diqqətə çatdırdı. 

-  Azərbaycan Prezidentinin çıxışı göstərdi ki, biz xarici siyasi kursumuzu özümüz müəyyən edirik və müstəqilik. Rusiya ilə müttəfiqlik sazişi bağlamaq o demək deyil ki, Moskvanın bütün siyasətini dəstəkləyəsən. Necə ki, Rusiyanın BMT-dəki nümayəndəsi Azərbaycanı ABŞ-la birlikdə bioloji silah laboratoriyası işlətməkdə ittiham edib, Azərbaycanın da haqqı var ki, Kremldən bəzi ciddi məsələlərə cavab alsın. Müharibə vaxtı Azərbaycana atılmış “İskəndər M” raketilə bağlı suallar açıq qalıb. Bu silah Ermənistanın əlinə necə keçib? Rusiya bu suala cavab verməlidir. Azərbaycan bu kimi məsələlərlə barışan, susan deyil. Rusiyanın Ermənistanı silahlandırması müttəfiqlik münasibətlərinə uyğun deyil. Azərbaycanın Rusiyaya qarşı mövqeyi obyektiv və ədalətlidir. 

- Həmin konfransdakı çıxışında İlham Əliyev Ukraynaya bir neçə məsləhət verib. “İşğalla heç vaxt barışmamaq”, “Öz imkanlarına və resurslarına arxalanmaq” kimi məsləhətlər Rusiya-Azərbaycan münasibətləri fonunda kifayət qədər cəsarətli açıqlama kimi qiymətləndirildi. Siz Prezidentin Ukraynaya bu məsləhətlərini necə qiymətləndirərdiniz?

- Daha öncə Ukrayna prezidenti Vladimir Zelenski Azərbaycanla bağlı diplomatik etiket qaydalarına sığmayan, yersiz bir açıqlama vermişdi. Təxminən demişdi ki, Ukrayna Azərbaycandan daha çox yardım gözləyir və s. Amma mən 44 günlük müharibə zamanı Ukraynanın Azərbayana hansı yardımlar etdiyini xatırlaya bilmirəm. Prezident İlham Əliyev də haqlı olaraq Ukraynaya məsləhət verdi ki, bizdən, beynəlxalq təşkilatlardan əlinizi üzün. Bacarırsınızsa, özünüz öz ərazi bütövlüyünüzü təmin edin. Necə ki, Azərbaycan özü bunu bacardı. Heç bir dövlətə, beynəlxalq təşkilata yalvarmadıq. Əksinə bizə yalvarırdılar ki, müharibəni dayandıraq. Ukrayna hökuməti çox istəyərdi ki, Gürcüstan, Azərbaycan, Moldova kimi MDB ölkələrində Rusiyaya qarşı yeni cəbhələr açılsın, rusların gücü parçalansın, zəifləsin və s. Bunlar real deyil. Mən heç vaxt Rusiyanın Ukraynaya hücumuna haqq qazandırmamışam. Amma Zelenski Rusiya kimi böyük ərazisi, hərbi gücü olan qonşusu ilə ortaq məxrəc tapmalıydı. Ən azı bu istiqamətdə müzakirələr aparmalıydı. O neylədi? NATO-ya üz tutdu. Konstitusiyada dəyişiklik edib Şimali Atlantika Blokuna qoşulmaq məsələsini ora əlavə etdi və Rusiyanın ölkəsinə hücumuna bəhanə verdi. NATO isə Ukraynaya qoşun göndərmədi. Gərək siyasətçi şəraiti, siyasi vəziyyəti düzgün qiymətləndirməyi bacarsın.  

- Son günlər Ermənistanda müxalifətin aksiyaları şiddətlənib. Siyasi ekspertlər qeyd edirlər ki, İrəvandakı aksiyalar Rusiyanın sifarişididir. Məqsəd Ermənistanın Türkiyə və Azərbaycanla sülh sazişi bağlamasına mane olmaqdır. Siz necə düşünürsünüz? 

- Təbii ki, Ermənistan Rusiyadan asılı olan bir dövlətdir. Bu gün Ermənistanda baş verənlər onların daxili məsələsidir. Onu da deyim ki, Ermənistanda radikal qüvvələrin hakimiyyətə gəlməsi Azərbaycanın xeyrinədir. Çünki radikallar Ermənistanı fəlakətə sürükləyəcəklər. Onların Azərbaycana qarşı dirəniş göstərməsi üçün heç bir potensialları yoxdur. Türkiyə-Azərbaycan birliyinin qarşısında Ermənistanın duruş gətirməsi mümkün deyil. Əgər Ermənistanda radikallar hakimiyyətə gəlsə və Azərbaycana qaşrı hansısa təxribata yol versələr, biz onlara elə bir zərbə vuracağıq ki, bir daha başlarını qaldıra bilməyəcəklər. İndi Ermənistan Azərbaycanın 5 bəndlik təklifinə qarşı 6 bəndlik sülh təklifilə çıxış edib. Əksər təkliflər üst-üstə düşür. Amma Ermənistan əlavə olaraq Qarabağdakı ermənilərin təhlükəsizlik məsələsini qaldırıb. Əgər Qarabağdakı silahlı ermənilər tərksilah olunsalar, Ermənistan vətəndaşları Qarabağı tərk etsə, o zaman heç bir problem qalmaz. Azərbaycanın Daxili İşlər Nazirliyi silahlı ermənilərin tərksilah edilməsini həyata keçirməlidir. Biz Laçın dəhlizinə nəzarəti təmin erməli, orada gömrük və sərhəd postu qurmalıyıq. O zaman Ermənistan da Azərbaycanla sülh sazişi bağlama məcbur olacaq. 

Söhbətləşdi: Nurlan  
 

Son xəbərlər

Kiyevdə 2 xəstəxana təxliyə edilir

Bakının bu rayonunda qaz kəsiləcək

Ştaynmayer İlham Əliyevi qarşıladı

İrəvan Bakıdan sülh sazişinə dair növbəti təkliflər alıb

Kanalda batan 13 yaşlı uşağın axtarışları davam edir - VİDEO

ABŞ Ukraynaya 1 milyardlıq daha bir yardım göndərir

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

Qazaxıstanın Baş Qərargah rəisi Azərbaycan HHQ-nin komanda məntəqəsində OLDU

Yaşlı insanlar niyə intihar edirlər? - Həkimdən AÇIQLAMA 

"Barça" ən bahalı oyunçularından birini SATACAQ - FOTO

"Bavariya"nın oyunçusu Mbappedən DANIŞDI: "Mənlik olsa..." 

Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ - Sürücülərin DİQQƏTİNƏ!

İlham Əliyevin Sultan Əhməd Əl-Cabir ilə görüşü BAŞLADI - FOTO

Azərbaycanda qadınların neçə faizi siqaret çəkir? - STATİSTİKA

Əhmədin anasının yerinə O TƏYİN EDİLDİ - FOTO + DOSYE

İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü KEÇİRİLİR

Prezident İlham Əliyev Berlində böyük coşqu ilə QARŞILANDI 

"Real Madrid"in müdafiəçisindən AÇIQLAMA: "Çempion ola bilərik" 

Bayram Nurlunun anası VƏFAT ETDİ - FOTO

"Mançester Siti"nin futbolçusundan HƏMKARINA: "Ən yaxşı oyunçudur"

Bütün xəbərlər