BAKU Azərbaycan
°C

Gündəm.az-ın suallarını politoloq Zərdüşt Əlizadə cavablandırıb. 

Müsahibəni təqdim edirik. 

- Zərdüşt bəy, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən gün Brüsseldə keçirilən görüşünün əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Hər iki tərəf Brüsseldə növbəti dəfə üzərlərinə öhdəliklər götürdülər. Bu öhdəliklərin necə həyata keçiriləcəyini söyləmək çətindir. Şarl Mişel tərəfləri bir araya gətirir, razılaşdırır. O biri tərəfədən də Rusiya prezidenti Putin prosesə mane olur. Hər halda əldə olunan razılaşmalar sülhə doğru müsbət addımlar sayıla bilər.

- Brüsseldə Qarabağ ermənilərinin hüquqlarının təmin edilməsi və buna zəmanət verilməsi məsələsi qaldırılıb. Söhbət hansı hüquqlardan gedir?

- 1990-cı illərin ortalarından bu məsələni qaldırırıq ki, Azərbaycan hökuməti ermənilərə beynəlxalq zəmanət, təminat verməlidir. Təəssüf ki, bizi eşitmirdilər. Hətta siyasi partiya rəhbərləri də “ermənilərin hüquqları” sözlərini eşidəndə qulaqlarını tutub, ağızlarını yumurdular. Onlar erməniləri söymək yarışına girmişdilər. İndi Avropa Şurası məsələni qaldırıb. Hər halda biz cəngəllikdə yaşamırıq. Gərək biz ilk növbədə Azərbaycan vətəndaşlarının hüquqlarını təmin edək, onları şərləməyək, döyməyək, qanunsuz həbs etməyək, jurnalistləri bıçaqlamayaq, rüşvət almayaq və s. Qarabağ erməniləri və dünya görür ki, Azərbaycanda insan haqları sahəsində bir sıra ciddi problemlər var. Ona görə də Qarabağ erməniləri üçün beynəlxalq zəmanət istəyirlər. Onlar əmin olmalıdırlar ki, Azərbaycan polisi Xankəndinə daxil olandan sonra oradakı ermənilərin hüquqlarını pozmayacaq. 

- Tutaq ki, Azərbaycan tam demokratik ölkə oldu. Qarabağdakı ermənilər iddialarından imtina edəcək? Biz rahat şəkildə Xankəndinə gedə biləcəyik?

- Allah ömür versə, iki ildən sonra özüm payi-piyada Xankəndinə gedəcəm. Məni orada tanıyanlar var. Orada bir neçə tanışım var. Gedib qapılarını döyəcəm ki, gəlin söhbət edək. Məni döyməyəcəklər ki...

- Siz Xankəndinə Azərbaycan bayrağı ilə girə biləcəksiz?

- Mən ora bayraqsız gedəcəm. Mən dövlət deyiləm axı...

- Bəs dövlətin Xankəndinə daxil olmasını mümkün hesab edirsinizmi?

- Bunun üçün gərək dövlət öz imicini düzəltsin. SSRİ niyə dağıldı? Çünki insan haqları qorunmurdu.    

- İspaniya demokratik ölkədir, amma orada katalonlar müstəqillik məsələsini qaldırdılar və məğlub oldular. Rusiya isə anti-demokratik ölkədir. Orada da çeçenlər müstəqil olmaq istədilər, dövlət imkan vermədi. Bu mənada insan hüquqları, demokratiya ilə ölkənin ərazi bütövlüyünün təmin edilməsi, xalqların öz müqəddəratını təyin etməsi məsələləri arasında birbaşa əlaqə varmı?

- Katalonlar istəyirdilər ki, İspaniyadan ayrılsın. Dünya onlara deyirdi ki, İspaniya demokratik ölkədir, siz bir yerdə qalıb yaşayın. Bəli, orada problem ondaydı ki, Kataloniyanın dövlət büdcəsindəki payı 17 faiz idi. Amma büdcədən onlara 14 faiz ayrılırdı. Katalonlar 3 faizin davasını aparırdılar. Onlara izah etdilər ki, həmin 3 faizi mərkəzi aparat daha kasıb əyalətlərə yönəldir. Çeçenistanda isə faşizm idi.  Aksiyalar qanla yatırıldı. İspaniyada isə yox. İnsan hüquqlarına hörmət qoyulanda ölkənin ərazi bütövlüyünü təmin etmək daha asan olur. 

- Sizin fikirlərinizdən belə çıxır ki, yaxın illərdə Azərbaycan dövləti Xankəndinə daxil ola bilməyəcək?

- Ruslar buna imkan verməyəcək. Rusiya orada oturub. Rusiya gedəndən sonra Fransa gəlib orada oturacaq. Beynəlxalq aləm buna imkan verməyəcək. Azərbaycanda ciddi islahatlar getməlidir. Siz “MTN işini”, həbsdəki icra başçıların işlərini oxuyun. Belə oğru, quldur məmurların tabeliyində kim yaşamaq istəyər? Azərbaycan Qarabağ ermənilərilə problemlərini Ermənistanla yox, Rusiya və Avropa ilə həll etməlidir. Ermənistanın nə imkanı var ki, Qarabağ ermənilərinə görə Azərbaycana təsir etsin?

- Sizcə, Paşinyan Paşinyanın üzərinə götürdüyü öhdəlikləri icra etməsinə nə mane olur?

- Paşinyanın vəziyyətini təhlil edin, çox ağırdır. O, sapdan asılıdır. Baxmayaraq ki, parlamentdə onun 75 faiz deputatı var. Müxalifətin mitinqinə bir qədər çox pul ayırsalar, onlar dövlət idarələrinə hücum çəkəcəklər. O da məcbur olacaq ki, güllə atsın. Xalq cəbhəsi 10-15 min adamla gedib Mütəllibovu devirmədi? 

- Erməni müxalifəti 1 aya yaxındır ki, İrəvanda mitinq keçirir. Onların şüarları, proqramları ilə tanışsınız? Nə istəyirlər?

- Onlar təxribatçılardır. Qan-qan deyirlər. İstəyirlər ki, Paşinyan onlara güllə atsın, həbs etsin və s. Ermənilər müxalifəti söyür, lənətləyir. Erməni ordusuna Rusiya nəzarət edir. Rusiya korpus komandirinə göstərik verə bilər, o da gəlib Paşinyanı həbs edər. Paşinyan bunu bilir, ona görə də çox ehtiyatlı addımlar atır. 

- Müşahidlər göstərir ki, Türkiyə və Azərbaycanın siyasi hakimiyyətləri Paşinyanla əməkdaşlıq etməkdə maraqlıdırlar...

- Paşinyanın yerinə Köçəryan gəlsə nə edəcəyik? O, caninin biridir. Azərbaycan Ermənistanda Paşinyanın mövqeyini gücləndirmək istəyirsə, erməni əsirləri buraxsın. 35-40 ermənidir. Onların bizim üçün nə əhəmiyyəti var? Mənasız ədavət yalnız Rusiyaya sərf edir. Xoş niyyət göstərmək lazımdır.  Heydər Əliyev “hamnın hamıya” prinsipi ilə əsirləri qaytarırdı. İlham Əliyev də belə etməlidir.  

Söhbətləşdi: Nurlan 
 

Son xəbərlər

"Qızlar, tanımadığınız oğlana ərə getməyin"

Türkiyə XİN Fransanın qərarını pislədi

Avtobus uçuruma düşdü,20-dən çox ölü var

“Azərbaycanca bilməməyim nöqsanımdır”

Bakıda yeni tikilən bina çökə bilər - VİDEO

75 yaşlı Jerar Depardye həbs edildi

Tehrana uçuşların dayandırılması müddəti uzadıldı

Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tbilisidə izdihamlı aksiya keçirildi

Oğul atanı döyərək öldürdü

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Odessa atəşə tutuldu: ölənlər və yaralananlar var

Səudiyyə Ərəbistanı ABŞ ilə müdafiə paktı bağlamağa yaxındır

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına...

Türkiyədə “TikTok” qadağan olunur?

Bakıda tələbələr saqqala görə dərsə buraxılmadı - FOTO

“Zirə” “Araz-Naxçıvan”a məğlub oldu

Mehriban Əliyeva onu təbrik etdi: "Səninlə fəxr edirəm!"

Blinken Hakan Fidanla bunları müzakirə edibmiş

Tiflisdə hökumət tərəfdarları aksiya keçirir

Bütün xəbərlər