BAKU Azərbaycan
°C

“Məşhur erməni “əzabkeşliyinin” əsas səbəblərindən biri də ondan ibarətdir ki, müasir Ermənistanda tam assimilyasiyaya uğramayan, prozelit olmayan və ana dili ilə əlaqəsini saxlayanları da “şortvats” (erməni dilindən tərcümədə “dəyişdirilənlər” deməkdir), yəni “yanlış” dildə danışan və təmiz erməni qanı daşımayan adlandırılırlar”.


Bunu politoloq Fuad Axundov “Vmedia” yutub kanalının yeni filmi olan “Yanlış ermənilər: onlar kimlərdir?” filminə münasibət bildirərkən deyib.

“Bu məntiqlə, məhz onlar - 20-dən çox millətin nümayəndələrinin törəmələri "dəyişdirilənlərdir”, çünki onları zorla erməniləşdiriblər. Onlar üçün ümumi erməni dili müxtəlif etnik qrupların, o cümlədən türkcə sözlərinin olduğu dildir. Ən həqiqi “şortvatslar” olaraq onlar bütün Qarabağ ermənilərini, o cümlədən, məsələn, qıpçaqları və başqalarını guya “düzgün” erməni dilində danışmağa məcbur edirdilər. Özü də məhz onları “dəyişdirilənlər” adlandırırdılar və adlandırırlar da. Əslində isə məhz onlar dəyişməyiblər və dillərini saxlayıblar”, - o bildirib.

“Vmedia” kanalının filmində erməni tarixinin az məlum olan, ermənilərin hər vasitə ilə haqqında danışmamağa çalışdığı tərəfləri açılır. Məsələn, sovet dövlət xadimi və partiya lideri Anastas Mikoyan erməni-qıpçaqları “düzgün” erməni dilində danışmağa məcbur etmək üçün çox səy göstərib. Müqavimət göstərənlər isə o dövrün məlum qanunlarına görə ya sürgünə göndərilib, ya da güllələnib.

“Vmedia”nın yeni videoçarxında bir çox xalqların zorla “erməniləşdirilməsi” prosesi erməni-qıpçaqların acı taleyi timsalında dəqiq göstərilib. Film nadir arxiv və müasir mənbələrə, o cümlədən rusiyalı tədqiqatçı, diyarşünas Eduard Vartanovun kitabı və rusiyalı alim Marina Çuxryayevanın dissertasiyası əsasında hazırlanıb, orada maraqlı paralellər, rusiyalı rejissor Karen Şahnəzərovun müsahibəsindən parçalar yer alıb. Müəlliflər “Ermənistan”ın coğrafi ərazisi anlayışı ilə müasir Ermənistan arasındakı fərqin nə olduğunu və erməni olmağın niyə etnik deyil, dini mənsubiyyət demək olduğunu, yaxud niyə erməni dilində bu qədər fərqli, bir-birindən çox fərqlənən dialektlər olduğunu və niyə bir çox erməni soyadlarında türk kökləri olduğunu izah edirlər.

Report

Son xəbərlər

55 saat 24 saniyə davam edən müsahibə ilə REKORD QIRDI

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndiyə GETDİLƏR

İlham Əliyev: "Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır"

“Qazprom” qiymətləri artırmaq istəyir, Ermənistan Bakıdan qaz ala bilərmi? - AÇIQLAMA

Olaf Şolts İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə TƏŞƏKKÜR ETDİ

Olaf Şolts: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır"

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı KEÇİRİRLƏR

Kofe içənlərin DİQQƏTİNƏ! - Sizi bu təhlükə GÖZLƏYİR

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞLADI

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Ukraynada nazir İSTEFA VERDİ

Olaf Şolts: "Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək"

Sabah 32 dərəcə isti OLACAQ

Deputatdan maaş və pensiyaların artırılması ilə bağlı AÇIQLAMA: "Mayın 15-dən..." 

Zob xəstəliyinin ƏSAS ƏLAMƏTLƏRİ: Niyə daha çox qadınlarda rast gəlinir? 

KİV: "Blinken İsrailə səfər edəcək"

6 kənddə işıq OLMAYACAQ - XƏBƏRDARLIQ

Bütün xəbərlər