BAKU Azərbaycan
°C

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Pakistanın xaricdə yaşayan pakistanlılarla iş və insan resurslarının inkişafı naziri Sacid Hüsseyn Turi arasında keçirilən görüşdə Azərbaycanla Pakistan arasında inkişaf etməkdə olan turizm əlaqələrinin genişləndirilməsi müzakirə olunub.

Gundem.az Agentliyə istinadən xəbər verir ki, görüşdə Fuad Nağıyev son dövrlərdə Pakistandan gələn ziyarətçilərin sayında artımın olmasını, Azərbaycanın turizm imkanlarının tanıdılması məqsədilə Pakistanda keçirilən beynəlxalq turizm sərgilərində iştirak haqqında məlumat verərək təbliğat tədbirlərinin davam etdiriləcəyini qeyd edib.

S.Hüsseyn Turi Azərbaycanla Pakistan arasında turizm əlaqələrinin inkişafında maraqlı olduqlarını, turizmin müxtəlif növləri barədə, xüsusilə dağ turizmi üzrə təcrübə mübadiləsinin aparılmasının vacibliyini bildirib.

Görüşdə həmçinin iki ölkə arasında qarşılıqlı turist mübadiləsinin artırılması məqsədilə tanıtım və təbliğat tədbirlərinin təşkili, eləcə də bloger və media nümayəndələrindən ibarət nümayəndə heyətləri üçün info turların təşkili, birbaşa uçuşların sayının artırılması məsələləri müzakirə edilib.

Hazırda Pakistanın Lahor şəhərindən Bakıya həftədə iki dəfə olmaqla birbaşa uçuşlar həyata keçirilir.

Qeyd edək ki, Azərbaycana həyata keçirilən səfərlərin sayına görə Pakistan pandemiyadan sonra tam bərpa olunan hədəf bazarlar içərisində yer alaraq 2022-ci ilin statistikasına əsasən 51 700 nəfər ziyarətçi sayı ilə 7-ci yerdə qərarlaşıb. 2023-cü ilin yanvar-may aylarının 2019-cu və 2022-ci illərin müvafiq dövrü ilə müqayisəsində Pakistandan gələn ziyarətçilərin sayında 23% və 43% artım müşahidə edilib.

Son xəbərlər

Bu halda kartınızdakı pullar oğurlana bilər - DİN-dən XƏBƏRDARLIQ!

Rusiya bu ölkə ilə ticarəti 240 milyard dollara çatdırıb – RƏQƏMLƏR

İsrail təmsilçiləri HAMAS-la danışıqlar üçün Qahirəyə GEDİR

“Aşk-ı Memnu”nun məşhur aktrisası TANINMAZ HALDA - FOTOLAR

Banklar hər hərracda 70-80 milyon dollar alır - Səbəb nədir?

Çində xəstəxanaya HÜCUM: 10 ölü, 23 yaralı

Prezident TƏSDİQLƏDİ: Bu şəxslər 600 manatadək cərimə ediləcək

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Xanəndənin qayınatası vəzifəsindən azad edildi

Şəhid qardaşının ölümü ilə bağlı cinayət işi açıldı

Ər onu "Xoşqədəm"də axtarır, özü Lalənin efirindədir - FOTO

Kapital Bank-ın Laçın filialının açılışı baş tutdu

Aygün Bəylərin ailəsi tiktoker Ləmanı polisə şikayət etdi

Moody’s Beynəlxalq Reytinq Agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqladı

Azərbaycanda vəzifəli şəxs həbs olundu - RƏSMİ

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ZİYARƏT ETDİ

Hoteldə ölənlər qidadan zəhərlənməyib - RƏSMİ

Dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatıb - FAKTİKİ HAVA

Media nümayəndələrinin iştirakı ilə autizmlə bağlı seminar keçirildi - FOTO

Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış oldu - FOTO

Bütün xəbərlər