BAKU Azərbaycan
°C

Azərbaycanın Vatikan və Portuqaliyadakı səfiri İlqar Muxtarov etimadnaməsini Portuqaliya Prezidenti Marselo Rebelo de Sousaya təqdim edib.

Gundem.az xəbər verir ki, səfir görüş çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Portuqaliya Prezidentinə çatdırıb.

Həmçinin İ.Muxtarov cari ilin noyabr ayında Bakıda keçiriləcək COP29-a Azərbaycan Prezidentinin dəvətini Portuqaliya Prezidentinə təqdim edib.

Azərbaycanın Portuqaliya ilə ikitərəfli münasibətlərə xüsusi önəm verməsi və tezliklə Lissabon şəhərində Azərbaycanın diplomatik ofisinin açılmasının nəzərdə tutulması İ.Muxtarov tərəfindən Portuqaliya Prezidentinin diqqətinə çatdırılıb.

Portuqaliya dövlət başçısı öz növbəsində Azərbaycan Prezidentinə salamlarını çatdıraraq dəvətə görə təşəkkürünü ifadə edib və tezliklə Azərbaycan dövlət başçısı ilə görüşməkdən məmnun olacağını bildirib.

Qeyd edək ki, etimadnamənin təqdimetmə mərasimi XVI əsrə mənsub qədim kral sarayı və Portuqaliya Prezidentinin rəsmi rezidensiyası kimi fəaliyyət göstərən tarixi Belem sarayında baş tutub.

Son xəbərlər

"Qızlar, tanımadığınız oğlana ərə getməyin"

Türkiyə XİN Fransanın qərarını pislədi

Avtobus uçuruma düşdü,20-dən çox ölü var

“Azərbaycanca bilməməyim nöqsanımdır”

Bakıda yeni tikilən bina çökə bilər - VİDEO

75 yaşlı Jerar Depardye həbs edildi

Tehrana uçuşların dayandırılması müddəti uzadıldı

Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tbilisidə izdihamlı aksiya keçirildi

Oğul atanı döyərək öldürdü

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Odessa atəşə tutuldu: ölənlər və yaralananlar var

Səudiyyə Ərəbistanı ABŞ ilə müdafiə paktı bağlamağa yaxındır

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına...

Türkiyədə “TikTok” qadağan olunur?

Bakıda tələbələr saqqala görə dərsə buraxılmadı - FOTO

“Zirə” “Araz-Naxçıvan”a məğlub oldu

Mehriban Əliyeva onu təbrik etdi: "Səninlə fəxr edirəm!"

Blinken Hakan Fidanla bunları müzakirə edibmiş

Tiflisdə hökumət tərəfdarları aksiya keçirir

Bütün xəbərlər