BAKU Azərbaycan
°C

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.

Gundem.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

***

10:04

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə yollanıb.

Gundem.az Qırğızıstan KİV-lərə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan rəhbərinin mətbuat xidməti məlumat yayıb.

Onu 11 nazirdən ibarət nümayəndə heyəti müşayiət edir.

Bildirilib ki, aprelin 24-25-də baş tutacaq səfər çərçivəsində Sadır Japarov Prezident İlham Əliyevlə ikitərəfli danışıqlar aparacaq. Onlar ikitərəfli və çoxtərəfli əməkdaşlığın cari məsələlərini, həmçinin gələcək inkişaf və səmərəli qarşılıqlı fəaliyyətin qurulması perspektivlərini müzakirə edəcəklər.

Bundan başqa, Dövlətlərarası Şuranın ikinci iclasının keçirilməsi planlaşdırılır. Bundan sonra ticari-iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş birgə bəyannamə və bir sıra sazişlər imzalanacaq.

Azərbaycan və Qırğızıstan liderləri Ağdamın Xıdırlı kəndində orta məktəbin təməlqoyma mərasimində də iştirak edəcəklər.

Son xəbərlər

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTOLAR

BP-nin dəstəyilə Sumqayıt Dövlət Universitetində kimya mühəndisliyi üzrə yeni magistr proqramı yaradılıb

Məhkəmədən Anar Məmmədli ilə bağlı QƏRAR

Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşünün vaxtı AÇIQLANDI

Ukrayna savaşında YENİ MƏRHƏLƏ: “Zaman Kiyevin əleyhinədir, Moskva isə...”

Bu rayonlarda işıq OLMAYACAQ - ƏHALİYƏ XƏBƏRDARLIQ!

Bəzi yerlərə leysan yağdı, dolu düşdü - FAKTİKİ HAVA

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi VURDULAR

Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO

“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO

Cennifer Lopez və Ben Afflek evliliklərində ciddi böhran yaşayırlar

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

62 il öncə tikilən Cavanşir körpüsü sökülə bilər - Təhlükəlidir

Bu tarixlərdə geomaqnit qasırğası olacaq - XƏBƏRDARLIQ

Şərura dolu DÜŞDÜ

Dördüncü kurs tələbəsi vəfat etdi - FOTO

Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO

“Fənərbağça”nın əfsanəsi Super Liqa klubunu çalışdıra bilər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Bütün xəbərlər