BAKU Azərbaycan
°C

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb.

Dövlət başçısının sözlərinə görə, indi bölgədə yeni nizam qurulur:

“Əsassız fikirləri bir kənara qoymağın vaxtıdır. Gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələrlə hərəkət etməkdənsə, zamanın reallıqları ilə hərəkət etmək həmişə daha yaxşıdır. Paşinyan da artıq bunu başa düşür”.

Türkiyə lideri əlavə edib ki, tarixçilər ilk növbədə tarixi prosesdə baş verənlərlə məşğul olurlar:

“Biz əvvəldən qondarma erməni soyqırımı məsələsi ilə bağlı çox açıq danışdıq. Arxivlərimizi aça biləcəyimizi dedik və açdıq. İndi real əsasda yeni yol xəritələri yaratmağın vaxtıdır. Ümid edirəm ki, Ermənistan diasporu onları əsarətə saldığı zülmətdən xilas olacaq və parlaq gələcək üçün yeni başlanğıclar etmək yolunu seçəcək. Fürsət qapıları həmişə açıq qalmır. Açıq qaldığı halda ondan yaxşı istifadə etmək lazımdır”.

Ərdoğan vurğulayıb ki, bu prosesdə təkcə diaspora deyil, bir çox dairələr də Ermənistana təsir etməyə çalışırlar:

“Biz bunları görür və vaxtaşırı xəbərdarlıqlar edirik. Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar”.

Gundem.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Ərdoğan kifayət qədər ciddi mesajlar verib. Müsahibimizin sözlərinə görə, rəsmi Bakı bir neçə dəfə, ən yüksək səviyyədə bildirib ki, İrəvanla sülh sazişinin imzalanması üçün tarixi fürsət yetişib:

“Ərdoğanın səsləndirdiyi fikirlər Ermənistan hakimiyyəti üçün ciddi mesaj və xəbərdarlıqdır. İş orasındadır ki, indiyə kimi sülh sazişinə mane olan əsas məqamlardan biri də ermənilərin saxta tarixi və qondarma iddialarıdır. Məhz bu iddialar münasibətlərin normallaşması üçün ciddi əngəldir. Çünki erməni xalqının ictimai şüuruna artıq kin, düşmənlik toxumları səpilib. Ona görə ermənilərin bir çoxu artıq soyuqqanlı və məntiqli düşünə, reallığı qəbul edə bilmirlər. Sadəcə olaraq bunu istəmirlər. Halbuki həm erməni xalqının, həm də Ermənistanın gələcəyi məhz regional əməkdaşlığın mühitindən, konstruktiv yanaşmadan asılıdır”.

Ekspert bildirib ki, erməni diasporu da qondarma iddialardan geniş istifadə edərək sadə xalqı idarəetməyə çalışır:

“Bu isə öz-özlüyündə hakimiyyətə təzyiq vasitəsidir. Təsadüfi deyil ki, Ermənistan iqtidarı, demək olar, bütün addımlara xüsusi həssaslıqla yanaşır, əvvəlcədən hazırlıq görür. Ermənistan baş naziri Nikol Paşinyan sülh istəyirsə, həm daxildə, həm da xaricdə ona müxalif olan güclərlə mübarizə aparmalıdır. Etiraf etmək lazımdır ki, bu, çətindir. Ciddi siyasi iradə tələb edir. Amma proseslər onu deməyə əsas verir ki, Paşinyan israrlıdır”.

Son xəbərlər

Elçinlə Aydan barışdı!

Bu küçə və prospektlərdə hərəkət TAM MƏHDUDLAŞDIRILACAQ - DİQQƏT! 

Mayın 5-i saat 15-dən... - Əhaliyə XƏBƏRDARLIQ

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Nərimanovda quruyan ağaclarla bağlı AÇIQLAMA - FOTO

Prezident qanun İMZALADI

BDYPİ sürücülərə çağırış etdi - VİDEO

Türkiyə şəhid VERDİ

Dünyanın ən ağıllı insanı irqçi idi? - Eynşteyn gündəliyində nə yazmışdı? 

Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar

Fransada uşaqlarla bağlı QADAĞA - 13 yaşdan aşağı...

Bakıda və Abşeron yarımadasında küləyin sürəti 22 m/s-dək GÜCLƏNDİ

Bu şəxslər pensiyaya 5 il tez çıxacaq

Hava bu tarixdən KƏSKİN DƏYİŞİR - XƏBƏRDARLIQ! 

Azərbaycanlı aparıcıya AĞIR İTKİ - FOTO

Bu xanımlar pilinq ETMƏSİN! - Həkim səbəbi açıqladı

Bu şəxslər pensiyaya daha tez ÇIXACAQ - PREZİDENT TƏSDİQLƏDİ

“Qazprom” zərər edib – Son 25 ildə ilk dəfə

Pakistanda AĞIR QƏZA: 20 nəfər öldü, yaralılar var

Sergey Şoyqunun qızı övladının ŞƏKLİNİ PAYLAŞDI

Bütün xəbərlər