27.02.2023 / 13:50
467
Tviter yenə əməkdaşlarını işdən çıxardı
Tviter şirkəti 200 əməkdaşını işdən azad edib.
Gundem.az xəbər verir ki, bu barədə məlumatı “The New York Times” qəzeti yayıb.
Bildirilir ki, əməkdaşların əksəriyyəti işdən azad olunduqları barədə məlumatı korporativ mesencer “Slack” vasitəsilə əldə ediblər.
Onların öz elektron poçtlarına və iş kompüterlərinə girişləri bağlanıb.
Qəzet yazır ki, şirkətin sahibi olan İlon Mask ötən ilin noyabrında kütləvi ixtisarlara başlayıb. Nəticədə şirkətin əməkdaşlarının sayı 7500-dən təqribən 2000-ə enib. Mask noyabrda iclas zamanı çıxış edərək daha ixtisarların olmayacağını vəd edib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay