BAKU Azərbaycan
°C

"Qaydalara əməl etməklə kiber hücumlardan 80-90 faiz müdafiə olunmaq mümkündür"

Son dövrlərdə Azərbaycanda ayrı-ayrı dövlət orqanlarının, aparıcı şirkətlərinin serverlərinə, internet resurslarına həm daxildən, həm də xaricdən kiber hücumların sayı artıb.

Hətta Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti cari il ərzində bir neçə dəfə məlumat yayaraq, həm iri şirkətləri, həm dövlət orqanlarını, həm də fiziki və hüquqi şəxsləri gözlənilən kiber hücumlarla bağlı xəbərdar edib və onları ayıq-sayıq olmağa çağırıb. 

Dünən isə ölkəmizdə kiber hücumlarla bağlı daha bir xoşagəlməz hal yaşandı. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti tərəfindən yayılan məlumatda bildirildi ki, Azərbaycanın qida sektorunda iri şirkətlərdən birinin şəbəkə və data serverlərinə kiberhücum edən və şirkətdən 60 min manat tələb edən dəstə üzvləri saxlanılıb.

Keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində cinayəti törədən dəstə üzvləri Murad Rzayev, İbrahim Ələsgərov və Elvin Əliməmmədov olduğu müəyyən olunub. 

Faktla bağlı Cinayət Məclləsinin 271.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompyuter sisteminə qanunsuz daxil olma) və 272.2.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompyuter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət işi başlanılaraq adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Onu da bildirək ki, beynəlxalq təşkilatlar tərəfindən bununla bağlı təhlillər və araşdırmalar aparılıb və məlum olub ki, kibercinayətkarlıq və kiberinsidentlər nəticəsində hər il dünya iqtisadiyyatına dəyən illik zərər 1 trilyon ABŞ dollarından çoxdur. Bu göstəricinin 2025-ci ilə qədər 10 trilyon ABŞ dollarına yüksələcəyi təxmin edilir. 

Bu isə öz növbəsində ölkələr səviyyəsində hüquqi, təşkilati, texniki və texnoloji məqamları nəzərdə tutan ümummilli yanaşmanın formalaşdırılmasını tələb edir.

Marja.az-ın ölkəmizdə kibertəhlükəsizliyinin təmin oluması ilə bağlı suallarını “Cyberpoint” şirkətinin Marketinq və Satış rəhbəri Mehman İsgəndərov cavablandırıb.

- Mehman müəllim, Azərbaycanın dövlət orqanlarının, aparıcı şirkətlərinin internet resurslarının və  serverlərinin təhlükəsizliyi necə təmin olunur?

- Bu gün kibertəhlükəsizlik təkcə Azərbaycanın deyil, dünyanın qlobal problemlərindən biridir. Çünki, kiber hücumlar sərhəd tanımır və bütün ölkələrin bununla qarşılaşmaq riskləri həddindən artıq yüksəkdir. Azərbaycan da bundan sığortalanmayıb. Buna görə də dövlətimiz tərəfindən bu məsələyə böyük diqqət göstərilir. Son 10 ildə ölkəmizdə kibertəhlükəsizliklə bağlı müxtəlif addımlar atılıb. 

Azərbaycan hələ 2008-ci ildə Avropa Şurasının “Kibercinayətkarlıq haqqında” Konvensiyasını imzalayıb. Həmçinin “Şərq tərəfdaşlığı – Avropa Şurası mexanizmi” proqramı çərçivəsində həyata keçirilən kibercinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq layihəsində fəal iştirak edir. Sevindirici haldır, Azərbaycan kibertəhlükəsizliyə görə dünya ölkələri arasında mövqeyini son iki ildə 15 pillə yaxşılaşdıraraq 40-cı, MDB regionunda isə bir pillə yüksələrək 3-cü yerdə qərarlaşıb.

- Siz özəl şirkətlərin kiber hücumlardan qorunması üçün hansı xidmətləri təklif edirsiniz?

- Biz Cyberpoint şirkəti olaraq nəyin ki, özəl şirkətlərə, həmçinin dövlət qurumlarına kibertəhlüküəsizliyn təmin olunması və kibercinayətkarlıqdan qorunmaları üçün bir neçə xidmət təklif edirik. Onu da deyim ki, qabaqcıl texnologiyamız və təcrübəli işçi heyətimiz vasitəsilə müəssisələri və şirkətləri kibertəhlükələrdən qorumaqda ixtisaslaşmışıq. Komandamız müasir rəqəmsal dünyada müştərilərimizin təhlükəsizliyini təmin etmək üçün yüksək səviyyəli təhlükəsizlik xidmətləri və həlləri təqdim edir. 

Bundan başqa, cari il ərzində bir neçə şirkətlə əməkdaşlıq müqavilələri və memorandumu imzalamışıq. Belə ki, may ayının 1-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC ilə, iyul ayının əvvəlində isə Azərbaycan Texniki Universiteti ilə  Əməkdaşlıq Memorandumu imzaladıq. Biz beynəlxalq əməkdaşlığa va böyük əhəmiyyət veririk. İyunun 14-də dünyanın aparıcı “Privileged Access Management” (PAM) və kibertəhlükəsizlik həlləri təminatçısı “Kron”la arasında əməkdaşlıq müqaviləsi imzaladıq.  Əməkdaşlıq çərçivəsində “Kron”un kibertəhlükəsizlik həllərinin, xüsusilə “Privileged Account Access Security” məhsulunun Azərbaycanda satışı və istifadəsinin genişləndirilməsi hədəflənir.

- Mehman müəllim, onu da deyim ki, bu gün dövlət orqanları və şirkətlər deyil, sadə vətəndaşlara məxsus e-poçt ünvanları, sosial şəbəkə səhifələri kiber-hücumlara məruz qalır, hətta onları şantaj etmək üçün müxtəlif vasitələrdən istifadə edirlər. Bəs bu kimi hadisələrlə bağlı vətəndaşlara nəyi tövsiyə edirsiniz?

Mütəxəssislər bildirirlər ki, bəzi qaydalara əməl etməklə bu hücumlardan 80-90 faiz müdafiə olunmaq mümkündür. 

Məsləhət görərdim ki, vətəndaşlarımız ən müasir şifrələmə və qabaqcıl təhlükəsizlik tədbirləri ilə məxfi məlumatlarını qorusunlar. Kiber təhdidlər məxfiliyinizi pozmamalı  və rəqəmsal mühitin təhlükəsizliyi təmin olmunmalıdır. 

- Müsahibə üşün təşəkkür edirəm.

Qeyd edək ki, Azərbaycanda kibertəhlükəsizlik sahəsində aparıcı şirkət olan “Cyberpoint” MMC müxtəlif dövlət qurumlarına və eləcə də özəl şirkətlərə xidmət göstərir. Kibertəhlükəsizlik üzrə ən böyük əməliyyat mərkəzinə malik olan Cyberpoint şirkəti Təhlükəsizlik Əməliyyat Mərkəzi xidməti, Nüfuzetmə Sınaqları xidməti, Rəqəmsal Audit və İstintaq xidməti, Kibertəhlükəsizlik Həllərinin Tətbiqi və Dizaynı xidməti, Kiber Konsalting və Kiber Maarifləndirmə xidmətlərini təqdim edir.

 

Son xəbərlər

Məktəblilərimiz olimpiadada üç medal qazandı - FOTO

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb - VİDEO

Sabah bu ərazilərdə qaz olmayacaq

Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM - FOTO

Ukrayna XİN başçısı: "Cəbhədə vəziyyət daha da pisləşə bilər"

Prezidentin sərəncamı 3 minə yaxın şəxsə ŞAMİL OLUNACAQ

Külək güclənəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ

Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam VERİLDİ

Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM

Prezident Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ÜNVANLADI

Dünya dini liderlərinin Şuşa Bəyannaməsi QƏBUL EDİLDİ

Şahin Mustafayev Rusiyaya SƏFƏR EDƏCƏK

Prezident: "COP29-a hazırlıq məqsədilə bütün lazımi və zəruri işlər plana uyğun davam etdirilir"

Azərbaycanda tanınmış həkim VƏFAT ETDİ - FOTO

Cəbrayılın Horovlu kəndinə ilk köçün tarixi AÇIQLANDI

Müharibədən qaçan ruslar Rusiyaya geri qayıdır 

Prezident QƏBUL KEÇİRDİ

“Alatava” ilə bağlı QƏRAR VERİLDİ - RƏSMİ

Mərkəzi Bankın ehtiyatlarında artım zəifləyir – SƏBƏB

Prezident BMT Baş katibinin xüsusi müşavirini QƏBUL ETDİ

Bütün xəbərlər