BAKU Azərbaycan
°C

 

2023-cü il İsraillə HƏMAS arasında başlayan, Rusiya və Ukraynanın davam edən müharibələrindən tutmuş, Türkiyədə, sonra isə Mərakeşdə baş verən dağıdıcı zəlzələlərə qədər bir çox hadisə ilə yadda qaldı.

Gundem.az 2023-cü ildə dünya üzrə ən yaddanqalan hadisələri təqdim edir: 


İsrail-HƏMAS müharibəsi

Müharibənin başlamasına səbəb HƏMAS komandolarının oktyabrın 7-də Qəzza zolağından İsrailin cənubuna sızaraq sərhədyanı qəsəbələrə basqın etməsi olub. Qəzzada Səhiyyə Nazirliyinin məlumatına görə, müharibə başlayandan bəri ölənlərin sayı 21 110 nəfərə çatıb, 55 243 nəfər isə yaralanıb.


Rusiya-Ukrayna müharibəsinin davam etməsi

24 fevral 2022-ci ildə Rusiyanın hücumu ilə başlayan müharibə bu ildə dünyanın gündəmi oldu. Rusiya ordusu cari ilin yanvar ayında Ukraynanın şərqindəki Donbass bölgəsinə yenidən hücuma keçdi. Moskva ən uzun və qanlı müharibədən sonra Baxmutun tutulduğunu elan etdi.

Kiyev iyun ayında Moskvanın işğal etdiyi əraziləri geri qaytarmaq üçün əks hücuma keçdi, ancaq cənubda və şərqdə bir neçə kəndi geri ala bildi.İyunun 24-də Vaqner qrupunun üsyançı döyüşçüləri Moskvaya doğru yürüş etdi. Prezident Vladimir Putinin sərt mövqeyindən sonra geri çəkilən qrupun lideri Yevgeni Priqojin iki ay sonra təyyarə qəzasında dünyasını dəyişdi. Kiyev noyabrın ortalarında rus ordusunu cənubdakı Xerson vilayətində bir neçə kilometr geri çəkdiyini iddia etdi.

Türkiyədə və Mərakeşdə zəlzələlər

Fevralın 5-dən 6-na keçən gecə Türkiyənin cənub-şərqində və Suriyanın şimalında son 100 ilin ən ölümcül zəlzələlərindən biri baş verib. 7,8 bal gücündə baş verən zəlzələdə ən azı 56 min insan həyatını itirib.

Mərakeş sentyabrın 8-də güclü zəlzələ nəticəsində silkələnib. 6,8 bal gücündə zəlzələ nəticəsində 3000-ə yaxın insan ölüb, 5600-dən çox insan yaralanıb. Zəlzələ 3000 kənddə 60 min evə ziyan vurub. 

Afrikada çevrilişlər

2023-cü ildə Afrikada iki hərbi çevriliş olub. Nigerin Sahel bölgəsində ordu iyulun 26-da "təhlükəsizlik vəziyyətinin pisləşməsini" əsas gətirərək hakimiyyəti ələ keçirib. Devrilmiş prezident Mohamed Bazoum o vaxtdan bəri öz iqamətgahında təcrid olunmuş vəziyyətdə saxlanılır.

Qabonda Ali Bonqo Ondimbanın hakimiyyəti qanun pozuntularına görə tənqid edilən prezident seçkilərindən dərhal sonra avqustun 30-da hərbi çevrilişlə sonlanıb. Çevrilişlə 55 illik Bonqo hökumətini devirən və hərbi idarənin başçısı olan general Brice Oliqui Nguema ölkədəki qurumların daha demokratik olacağına söz verib.

Aprelin 15-dən Sudanda general Əbdülfəttah əl-Burhanenin rəhbərlik etdiyi ordu ilə keçmiş komandir Məhəmməd Hamdane Daqlonun hərbiləşdirilmiş qüvvələri arasında davam edən müharibə 10 mindən çox insanın ölümünə səbəb olub.

Fransa 2022-ci ildə Mali və Mərkəzi Afrika Respublikasından, 2023-cü ildə isə digər iki keçmiş müstəmləkəsi- Burkina Faso və Nigerdən qoşunlarını çıxarmalı oldu.


Yüksək temperatur və yanğınlar

Avropanın Kopernik rəsədxanasının məlumatına görə, iyundan oktyabr ayına qədər olan aylar dünyada rekordlar üzrə ən isti aylar olub. 

Bu temperaturlar quraqlığa, dağıdıcı yanğınlara və daha güclü qasırğalara səbəb oldu. Kanada bu il tarixi meşə yanğınları mövsümü yaşadı, 18 milyon hektardan çox ərazi yandı və 200.000 insan didərgin düşdü.Avqust ayında Havay adalarında baş verən yanğınlar Maui adasının Lahaina turizm şəhərində 97 nəfərin həyatına son qoyub.

Avropa İttifaqında indiyə qədər qeydə alınan ən böyük yanğın Yunanıstanın Evros bölgəsində baş verib.Yanğında ən azı 26 nəfər ölüb. Sentyabr ayında sellər Fesaliyanın münbit düzənliklərini viran qoymuş və 17 nəfərin ölümünə səbəb olmuşdur.

Azərbaycanın keçirdiyi antiterror əməliyyatı

Sentyabrın 19-da Azərbaycan Dağlıq Qarabağda antiterror əməliyyatına başlayıb.  24 saat çəkən "antiterror əməliyyatları" Qarabağdakı separatçı hakimiyyətin təslim olmasından sonra dayandırılıb. Bundan sonra Qarabağdakı erməni birləşmələrinə məxsus olduğu deyilən silah-sursat və hərbi texnikanın təhvil verilməsinə başlanılıb.

Sosial şəbəkələrdə Azərbaycan Ordusunun Xocalı, Ağdərə, Xocavənd ərazilərinə Azərbaycan bayrağını sancmasını göstərən videogörüntülər yayılıb. Rəsmi Bakı ilə Qarabağ ermənilərinin təmsilçiləri arasında təmaslar qurulub, tərəflər iki dəfə - Yevlax və Xocalıda görüşərək erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə bağlı planları müzakirə ediblər. (Sfera.az)

Son xəbərlər

Bu ərazilərdə evlər söküləcək

Düyü bahalaşacaq – Bu tarixdən

TƏBİB bu xəstəxanada yoxlama aparır

İrandan təcili xəbərdarlıq: "Whatsappı silin!"

Məktəbəhazırlıq qruplarına qəbul başlayır - Tarixlər açıqlandı

Pakistan Prezidentindən İlham Əliyevə MƏKTUB

"Ermənistanla Azərbaycan arasında yeni müharibə olmayacaq"

Minlərlə azərbaycanlı, tək missiya - Məqsəd BİRLİKDİR

İran hava məkanı bu tarixə qədər bağlı qalacaq

Prezident qəbul keçirdi - FOTOLAR

Rusiya Sumda 2 kəndi ələ keçirdi

"29 soydaşımız Azərbaycan üzərindən İranı tərk edib" - İtaliya XİN

Bakıda içkili sürücü “ayıq sürücü” xidməti çağırmaq əvəzinə görün nə etdi – VİDEO

Məşhur müğənni axtarışa verildi

Soğanı bu cür doğrasanız gözünüz yaşarmayacaq

MEDİA jurnalistlər üçün müsabiqə elan etdi

Sabah 34 dərəcə isti olacaq

Ermənistan buna hörmətlə yanaşmalıdır - Prezident

Azərbaycanda yeni qurum yaradıldı

Rusiyanın dövlət televiziyasında ərazi bütövlüyümüzə qarşı növbəti hörmətsizlik

Bütün xəbərlər