BAKU Azərbaycan
°C

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”. 

Gundem.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla sağlamlıq haqqında arayışların elektronlaşdırılması ilə bağlı qərardan danışarkən deyib. 

Professorun fikirincə, səhiyyə bir sistemə keçdikdən, bütün respublika üzrə vahid sistem kimi fəaliyyət göstərdikdən, ailə-həkim institutu formalaşdıqdan, xəstələrin bütün sənədləri həmin proqramda öz əksini tapdıqdan sonra əlbəttə arayış vermək asan olacaq:

"Bir də ki, başqa dövlət orqanları bu cür arayışları da əldə edə biləcəklər. Amma bunun üçün xeyli iş  görmək lazımdır. Hər bir kəsin xəstəlik tarixcəsi  olmalıdır. Çünki sağlamlıq arayışları çox vacibdir. Həmin arayışı alan şəxsin ictimai iaşə müəssisəsində işləmək məsələsi ortaya çıxa bilər. Yəni, təlabatlar  çox vaxt belə yerlərdən olur”. 

Adil Qeybulla bu arayışların verilməsində hər kəsi diqqətli olmağa səsləyib:

"Dürüst olsunlar, vətəndaşın real durumunu əks etdirsinlər. Bu baxımdan da xeyli iş görülməlidir.  Vətəndaşların sağlamlıq parametrləri dəqiq olaraq  proqrama yerləşdirilməlidir”. 

Qeyd edək ki, tibbi arayışların verilməsi elektronlaşdırılıb. Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov məlumat verib. O, "Ən çox tələb olunan tibbi arayışlar elektronlaşdırılıb. Bu, kağız üzərində olan arayışlara bərabər olacaq. Mayın 1-dən etibarən sağlamlıq haqqında arayış və sürücülüyə yararlı olmaq barədə tibbi arayışları elektron formada tibb müəssisələrində rahat və operativ şəkildə əldə etmək mümkün olacaq”-deyə, bildirib. 

Son xəbərlər

Tiktok bu ölkədə qadağan edilə bilər

Qurban Qurbanovun sabiq köməkçisi İngiltərə klubunda baş məşqçi oldu

Az miqdarda alkoqolun ölümcül ola biləcəyi xəstəliklər - Xəbərdarlıq

Messi "Qalatasaray"a transfer olacaq? - Şok iddia

Azərbaycanda sexdə partlayış - xəsarət alanlar var - FOTO

Bu şəxslərə südlü qəhvə içmək olmaz

Bakıda qadını aldadıb pullarını alan şəxs tutuldu

26 yaşlı qız dəm qazından boğularaq öldü

Qadının boğazı kəsildi - 16 yaşlı oğlu və kürəkəni saxlanıldılar

Aparat rəhbərinə ağır itki - FOTO

Elnarə Abdullayevanın ailəsində pis xəbər

İsmayıllıda yanğın

Naxçıvanda ağır qəza - Ölən var - FOTOLAR

Sabah Bakıda leysan olacaq

Elnur Nağdəliyev direktor təyin olundu

Xırdalanda 64 yaşlı qadın 47 yaşlı kişini polisə verdi

DYP bu sürücülərə MÜRACİƏT ETDİ

20 gündür itkin düşmüş şəxsin meyiti tapıldı

Azərbaycanda generala hökm oxundu - 143 milyonluq mənimsəmə

Pənah Bəkirov vəfat etdi - FOTO

Bütün xəbərlər