BAKU Azərbaycan
°C

"Qızım 2011-ci idə doğulub. Məktəbi oxuyub qurtarmadığı müddətcə toy olmayacaq. Oğlan evi ilə belə razılaşmışıq". 

Gundem.az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Sabirabad rayonu Məmişli kəndində 12 yaşlı qızını 20 yaş böyük oğlana nişanlayan ata Mübariz Quliyev deyib. 

O bildirib ki, oğlanın anası gəlib 12 yaşlı qızını övladına istədiyini deyib: 

"Biz qohum deyilik, amma ailəlikcə gediş-gəlişimiz var. Mənim üç oğlum, bir qızım var. Anası dedi ki, sizin ailəni tanıyıram, istəyirəm oğlum sənin qızın ilə evlənsin. Mən də demişəm ki, qızımın yaşı azdır, məktəbdə oxuyur. O, məktəbi bitirməyincə heç kimə qızımı vermirəm. Oğlan evi də dedi ki, 5 il, 10 il - nə qədər desəniz, gözləyəcəyik. Əsas odur ki, ad eləyək, rayon yeridir, bilək ki, qız bizimdir. İzahatımda da yazmışam, uşaq məktəbdən qalmayacaq. Dərslərindən də qalmayacaq. Oğlan evi ilə danışanda demişəm ki, qızım həkim olmaq istəyir. Mənim o qədər imkanım yoxdur ki, ona ayrıca müəllim tutub hazırlaşdırım. Amma oğlanın anası da dedi ki, oxumaq istəsə, biz də kömək edərik universitet də oxuyar. Bizim iki ailə arasında sözümüz belə olub". 

M.Quliyev deyir ki, televiziyalarda gedən süjetdə bəzi məlumatlar yanlış çatdırılıb: 

 

"Orada jurnalist xanım deyib ki, guya mənim yoldaşım anamı və qardaşımı həyətimizdən qovub, münasibətlərimiz yaxşı deyil. Amma belə bir şey yoxdur. Anam da, qardaşım da bu söhbətlərdə olublar, xeyir-dua da veriblər. Oğlanın ailəsi də milyoner deyil, bizim kimi sadə ailədir. Oğlan da təhsil almayıb, əkinçiliklə məşğul olur. Qızım məktəbi bitirdikdən sonra Sabirabadın Kovlar kəndinə gəlin köçəcək. Amma yenə deyirəm, izahatlarımda da var, qızım məktəbi bitirməyənə qədər toy olmayacaq".

Oxu.Az-ın əldə etdiyi digər məlumata görə, Mübariz Quliyev öz həyat yoldaşı ilə də erkən nikaha girib. Belə ki, onlar evlənəndə hazırkı həyat yoldaşının 14, M.Quliyevin isə 28 yaşı olub. Hazırda M.Quliyevin 46, həyat yoldaşının isə 32 yaşı var. Onların üç uşağı var, böyük oğlu 17 yaşındadır.

Son xəbərlər

"Qızlar, tanımadığınız oğlana ərə getməyin"

Türkiyə XİN Fransanın qərarını pislədi

Avtobus uçuruma düşdü,20-dən çox ölü var

“Azərbaycanca bilməməyim nöqsanımdır”

Bakıda yeni tikilən bina çökə bilər - VİDEO

75 yaşlı Jerar Depardye həbs edildi

Tehrana uçuşların dayandırılması müddəti uzadıldı

Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tbilisidə izdihamlı aksiya keçirildi

Oğul atanı döyərək öldürdü

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Odessa atəşə tutuldu: ölənlər və yaralananlar var

Səudiyyə Ərəbistanı ABŞ ilə müdafiə paktı bağlamağa yaxındır

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına...

Türkiyədə “TikTok” qadağan olunur?

Bakıda tələbələr saqqala görə dərsə buraxılmadı - FOTO

“Zirə” “Araz-Naxçıvan”a məğlub oldu

Mehriban Əliyeva onu təbrik etdi: "Səninlə fəxr edirəm!"

Blinken Hakan Fidanla bunları müzakirə edibmiş

Tiflisdə hökumət tərəfdarları aksiya keçirir

Bütün xəbərlər