BAKU Azərbaycan
°C

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, şəhid Polad Həşimovun doğum günüdür.

Gundem.az xatırladır ki, P.Həşimov 1975-ci ilin yanvarın 2-də Qutqaşen rayonunun (hazırkı Qəbələ rayonu – red.) Vəndam qəsəbəsində dünyaya gəlib. O, Tovuz rayonu istiqamətində gedən düyüşlər zamanı 2020-ci ilin iyulun 14-də şəhid olub.

Həşimov 1992-ci ildən şəhid olduğu tarixə qədər Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmət keçib. 1992-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olan P.Həşimov buranı 1995-ci ildə "Motoatıcı" ixtisası üzrə bitirib. 2014-cü ilin iyul ayında isə o, Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olaraq 2016-cı ildə "hərbi idarəetmə" üzrə magistr dərəcəsi alıb. Həşimov hərbi təhsil almaqla yanaşı 1992-ci ildən Birinci Qarabağ Müharibəsinin iştirakçısı olub. Şəhid Milli Qəhrəman həmin illərdə Ağdam rayonunun Mərzili və Novruzlu kəndlərinin müdafiəsində iştirak edib. 702-ci motoatıcı briqadanın heyətində təlimlərdə olan Polad Həşimov 1994-cü ilin fevralında Murovdağ əməliyyatına qatılıb. Birinci Qarabağ Müharibəsindən sonra Həşimov daim cəbhə bölgəsində hərbi xidmət keçib. Polad Həşimov 1995–2017-ci illər ərzində Motoatıcı Taqım Komandiri vəzifəsindən Hərbi Hissənin Komandiri vəzifəsinə qədər müxtəlif vəzifələrdə çalışıb.

P.Həşimov 2016-cı ilin Aprel döyüşlərinin də iştirakçısıdır. Apreldə 4 gün davam edən ağır döyüşlərdə P. Həşimov 1-ci Ordu Korpusunun Komandir müavini - Qərargah rəisi idi, cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi ona həvalə olunub. Döyüşlərə aktiv şəkildə qoşulan Həşimov dördgünlük əməliyyat zamanı yaralanıb. P.Həşimov 2017-ci ildən 3-cü Ordu Korpusunun Komandir müavini - Qərargah rəisi vəzifəsində xidmətini davam etdirib və ona 2019-cu il iyunun 24-də general-mayor ali hərbi rütbəsi verilib.

General-mayor Həşimov 2020-ci ilin iyulun 12-dən 16-na qədər Tovuz rayonu istiqamətində davam edən döyüşlərdə ön xəttə şəhid olub. Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır. Həşimov həmçinin Azərbaycan Respublikası tarixində Qəbələ rayonundan general rütbəsi alan ilk hərbçidir.

P.Həşimov Bakıda, II Fəxri Xiyabanda dəfn edilib. O, ailəli idi, iki oğul və bir qız övladı yadigar qalıb.

Son xəbərlər

"Qızlar, tanımadığınız oğlana ərə getməyin"

Türkiyə XİN Fransanın qərarını pislədi

Avtobus uçuruma düşdü,20-dən çox ölü var

“Azərbaycanca bilməməyim nöqsanımdır”

Bakıda yeni tikilən bina çökə bilər - VİDEO

75 yaşlı Jerar Depardye həbs edildi

Tehrana uçuşların dayandırılması müddəti uzadıldı

Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tbilisidə izdihamlı aksiya keçirildi

Oğul atanı döyərək öldürdü

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Odessa atəşə tutuldu: ölənlər və yaralananlar var

Səudiyyə Ərəbistanı ABŞ ilə müdafiə paktı bağlamağa yaxındır

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına...

Türkiyədə “TikTok” qadağan olunur?

Bakıda tələbələr saqqala görə dərsə buraxılmadı - FOTO

“Zirə” “Araz-Naxçıvan”a məğlub oldu

Mehriban Əliyeva onu təbrik etdi: "Səninlə fəxr edirəm!"

Blinken Hakan Fidanla bunları müzakirə edibmiş

Tiflisdə hökumət tərəfdarları aksiya keçirir

Bütün xəbərlər