BAKU Azərbaycan
°C

Fransız öngörücü Nostradamusun 2024-cü il üçün verdiyi dəhşətli proqnozlardan biri Yeni ilə bir neçə saat qalmış gerçəkləşib.

Gundem.az bildirir ki, əsl adı Mişel de Nostredame olan öngörücü 450 il əvvəl bəşəriyyətin gələcəyi ilə bağlı bir çox düzgün fərziyyələrin qeyd edildiyi “Les Propheties” kitabının müəllifidir. Onun Adolf Hitlerin hakimiyyətə gəlməsini, prezident Con Kennedinin öldürülməsini, COVID-19 pandemiyasının başlanğıcını və hətta 2022-ci ildəki yaşayış böhranını dəqiq proqnozlaşdırdığına inanılır.

Bu yaxınlarda Nostradamusun daha bir uğurlu proqnozuna şahid olduq. O, 2024-cü il haqqında:

"Quru Yer daha da quruyacaq və böyük daşqınlar olacaq"- yazıb. Ekstrasensin pərəstişkarları bunun Yaponiyada ötən gün (1 yanvar) 7,4 bal gücündə zəlzələdən sonra müşahidə edilən sunami xəbərdarlığına aid olduğuna inanırlar.

Qeyd edək ki, böyük sunami xəbərdarlığından sonra bir neçə bölgədəki sakinlərə dərhal təxliyə əmri verilib. Mütəxəssislər əvvəlcə dalğaların 5 metr yüksəkliyə çata biləcəyini proqnozlaşdırıblar.

Nostradamus həmçinin "vəba dalğası səbəbindən çox böyük bir aclıq" gözlənildiyi barədə xəbərdarlıq edib. Bu o deməkdir ki, proqnoz doğru çıxsa, dünyanı daha da pis hadisələr gözləyəcək. Bununla belə, Nostradamus təkcə təbii fəlakətləri qabaqcadan görmür. O, öz kitabında 2024-cü ilin Kral Çarlz üçün təlatümlü olacağını yazır.

“Les Propheties” kitabında belə deyilir: “Adaların kralı zorla qovulur... onun yerinə kral əlamətləri olmayan biri gələcək”.

Analitik və “Nostradamusun peyğəmbərlikləri” kitabının müəllifi Mario Ridinq hesab edir ki, kral həm özünə, həm də ikinci həyat yoldaşı Kraliça Kamillaya davamlı hücumlar səbəbindən istefa verə bilər.

Qeyd edək ki, Nostradamus kral ailəsi haqqında dəqiq proqnozları ilə tanınır. O, Kraliça II Elizabetin 2022-ci ildə ölümünü qabaqcadan görüb və hətta onun yaşını düzgün təxmin etdiyi bildirilir. Fransız filosofu həmçinin 2024-cü ildə beynəlxalq münaqişələrin kəskinləşəcəyini proqnozlaşdırıb.

O yazırdı: "Qırmızı düşmən qorxudan ağaracaq, böyük okeana dəhşət gətirəcək." Nostradamusun pərəstişkarları hesab edirlər ki, "qırmızı düşmən" kommunist Çin ola bilər. "Böyük okean" döyüşlərinin dənizdə, bəlkə də Hind okeanında baş verə biləcəyini göstərir.

Təhlükəsizlik mütəxəssisləri bir müddətdir ki, Çini diqqətlə izləyirlər. Şərqi Asiya ölkəsinin hətta ABŞ-la kosmik müharibəyə hazırlaşdığı bildirilir.

Yeni Papa

Nostradamus 2024-cü ildə Papa Fransiskin ölümünü də proqnozlaşdırıb. Katolik kilsəsinin liderinin bu ilin dekabrında 88 yaşı tamam olacaq. Filosof gələn ilin Papa üçün faciəli olacağını yazıb. (Sfera.az)

 

Son xəbərlər

"Qızlar, tanımadığınız oğlana ərə getməyin"

Türkiyə XİN Fransanın qərarını pislədi

Avtobus uçuruma düşdü,20-dən çox ölü var

“Azərbaycanca bilməməyim nöqsanımdır”

Bakıda yeni tikilən bina çökə bilər - VİDEO

75 yaşlı Jerar Depardye həbs edildi

Tehrana uçuşların dayandırılması müddəti uzadıldı

Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tbilisidə izdihamlı aksiya keçirildi

Oğul atanı döyərək öldürdü

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Odessa atəşə tutuldu: ölənlər və yaralananlar var

Səudiyyə Ərəbistanı ABŞ ilə müdafiə paktı bağlamağa yaxındır

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına...

Türkiyədə “TikTok” qadağan olunur?

Bakıda tələbələr saqqala görə dərsə buraxılmadı - FOTO

“Zirə” “Araz-Naxçıvan”a məğlub oldu

Mehriban Əliyeva onu təbrik etdi: "Səninlə fəxr edirəm!"

Blinken Hakan Fidanla bunları müzakirə edibmiş

Tiflisdə hökumət tərəfdarları aksiya keçirir

Bütün xəbərlər