BAKU Azərbaycan
°C

Ötən il qeydə alınmış xəstəliklər arasında endokrin sistemin xəstəlikləri, sinir sistemi xəstəlikləri, həzm orqanlarının, qan dövranı sisteminin xəstəlikləri, sidik-cinsiyyət sisteminin xəstəlikləri, göz və gözün əlavə aparatının xəstəlikləri, eləcə də qan, qanyaradıcı orqanların xəstəlikləri üstünlük təşkil edib.

Gundem.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən əldə olunan məlumatda bildirilib.
Qeyd olunub ki, uşaqlar yoluxucu xəstəliklərin profilaktikası və qarşısının alınması məqsədilə 11 xəstəliyə qarşı müasir vaksinlərlə peyvənd edilib.

Bunun nəticəsi olaraq ayrı-ayrı yoluxucu xəstəliklərin azalmasına, bəzilərinin isə tam ləğv olunmasına nail olunub.

Belə ki, 2023-cü ilin yanvar-noyabr aylarında 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə qarayara ilə (39,1 faiz), ağciyər vərəmi ilə (4,2 faiz), törədicisi müəyyən olmayan kəskin bağırsaq infeksiyaları ilə (0,8 faiz), sifilis ilə (0,4 faiz) xəstələnmə halları azalıb. Göyöskürək və malyariya xəstəlikləri, kəskin poliomielit,  epidemik parotit, tulyaremiya, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus isə ümumiyyətlə qeydə alınmayıb.

Bununla yanaşı, Azərbaycanda son illər yoluxucu xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər nəticəsində qızılca xəstəliyi üzrə sabit epidemioloji vəziyyət müşahidə olunsa da, 2023-cü ilin aprel ayından başlayaraq əhali arasında bu xəstəliyin sporadik yayılma halları qeydə alınıb.

Rəsmi məlumatda qeyd edilib ki, yoluxma əsasən uşaqlar arasında müşahidə olunub. Əgər 2022-ci ildə ölkə ərazisində 1 nəfərdə qızılcaya yoluxma halı qeydə alınmışdısa, 2023-cü ilin yanvar-noyabr aylarında 1493 nəfər bu xəstəliyə yoluxub.

Son xəbərlər

"Qızlar, tanımadığınız oğlana ərə getməyin"

Türkiyə XİN Fransanın qərarını pislədi

Avtobus uçuruma düşdü,20-dən çox ölü var

“Azərbaycanca bilməməyim nöqsanımdır”

Bakıda yeni tikilən bina çökə bilər - VİDEO

75 yaşlı Jerar Depardye həbs edildi

Tehrana uçuşların dayandırılması müddəti uzadıldı

Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tbilisidə izdihamlı aksiya keçirildi

Oğul atanı döyərək öldürdü

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Odessa atəşə tutuldu: ölənlər və yaralananlar var

Səudiyyə Ərəbistanı ABŞ ilə müdafiə paktı bağlamağa yaxındır

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına...

Türkiyədə “TikTok” qadağan olunur?

Bakıda tələbələr saqqala görə dərsə buraxılmadı - FOTO

“Zirə” “Araz-Naxçıvan”a məğlub oldu

Mehriban Əliyeva onu təbrik etdi: "Səninlə fəxr edirəm!"

Blinken Hakan Fidanla bunları müzakirə edibmiş

Tiflisdə hökumət tərəfdarları aksiya keçirir

Bütün xəbərlər