21.05.2022 / 21:15
365
Qaydaları pozan 25 sürücü barəsində protokol tərtib olundu
Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə nəzarət-profilaktik tədbirlər keçirilib.
DİN-dən verilən məlumata görə, hərəkətin təhlükəsizliyinin artırılması məqsədilə keçirilən tədbirlər zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobildə konstruksiya dəyişikliyi edən, eləcə də digər kobud qayda pozuntularına yol verən sürücülər müəyyən edilib
Onların hər birinə törətdikləri qayda pozuntusu barədə məlumat verilib və ümumilikdə 25 nəqliyyat vasitəsinin sahibi barəsində inzibati protokol tərtib olunub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay