BAKU Azərbaycan
°C

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Yasamal rayonu, Ş.Qurbanov küçəsi 17 ünvanında fəaliyyət göstərən, “AzCake” MMC-yə məxsus unlu qənnadı məmulatların istehsalı və satışı müəssisəsində aparılan plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub.

Qurumdan Gundem.az-a bildirilib ki, müəssisədə məhsul istehsalı zamanı texnoloji ardıcıllıq prinsipinə əməl olunmadığı, temperatur və rütübət rejiminə riayət edilmədiyi, unun saxlanması üçün normativ tələblərə uyğunlaşdırılmış anbarın təşkil olunmadığı, un kisələrinin divara bitişik halda yığıldığı, xammal olaraq istifadə olunan unun maqnit tutuculu ələkdən keçirilmədiyi, döşəmə və divarların tamlığının pozulduğu, məhsulların yuyulması üçün ayrı yuma çanaqlarının təşkil edilmədiyi və digər nöqsanlar müəyyən olunub.

Aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, nöqsanların aradan qaldırılmasına üçün icrası məcburi göstərişlər verilib və bu sahədə qanunvericiliyin tələbləri izah olunub.

Son xəbərlər

Xocalı al lalələrlə bəzəndi - FOTOLAR

Əliyev və Şolts medianın suallarını cavablandırdı - FOTO

Cüdoçumuz Avropa çempionu oldu

Millimizə 26 futbolçu dəvət olundu

Ərdoğanın ABŞ-a səfəri təxirə salındı - "Blumberq"

Zelenski onu yeni vəzifəyə təyin etdi

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

Kiyevdə 2 xəstəxana təxliyə edilir

Bakının bu rayonunda qaz kəsiləcək

Ştaynmayer İlham Əliyevi qarşıladı

İrəvan Bakıdan sülh sazişinə dair növbəti təkliflər alıb

Kanalda batan 13 yaşlı uşağın axtarışları davam edir - VİDEO

ABŞ Ukraynaya 1 milyardlıq daha bir yardım göndərir

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

Qazaxıstanın Baş Qərargah rəisi Azərbaycan HHQ-nin komanda məntəqəsində OLDU

Yaşlı insanlar niyə intihar edirlər? - Həkimdən AÇIQLAMA 

"Barça" ən bahalı oyunçularından birini SATACAQ - FOTO

"Bavariya"nın oyunçusu Mbappedən DANIŞDI: "Mənlik olsa..." 

Bakının bu küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ - Sürücülərin DİQQƏTİNƏ!

İlham Əliyevin Sultan Əhməd Əl-Cabir ilə görüşü BAŞLADI - FOTO

Bütün xəbərlər