BAKU Azərbaycan
°C

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 2021-ci ili 8,305 milyon manat mənfəətlə başa vurub. Halbuki, 2020-ci ildə KOBİA-nın gəlirləri və xərcləri eyni olmuşdu.

KOBİA-nın ötən ilki gəlirlərinin hamısı 31,427 milyon manat (illik müqayisədə 2,4 dəfə çox) həcmlə sair əməliyyat gəlirləri olub. Agentliyin xərclərinə gəlincə isə, istifadə edilmiş material ehtiyatlarına 445 min manat (25% çox), işçi heyətinə 10,035 milyon manat (45,4% çox), amortizasiyaya 661 min manat (46,9% çox), digər əməliyyatlara 11,973 milyon manat (2,2 dəfə çox), sair əməliyyatlara isə 9 min manat (35,7% az) xərc çəkilib.

Bu il yanvarın 1-nə KOBİA-nın aktivləri 70,282 milyon manat olub ki, bu da illik müqayisədə 2,9 dəfə çoxdur. Hesabat dövründə Agentliyin öhdəlikləri 9,2% azalaraq 13,76 milyon manata enib, balans kapitalı isə 3,1 dəfə artaraq 26,839 milyon manata çatıb.

Xatırladaq ki, KOBİA ölkə prezidentinin 28 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 26 iyun 2018-ci il tarixli fərmanı ilə Agentliyin nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 10,126 milyon manatdır. Qurum ölkədə kiçik və orta biznesin (KOB) inkişafını dəstəkləyən, KOB subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir.

 

Son xəbərlər

Ukrayna 36 meyit verib, 140 cəsəd geri aldı

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

Vatsapda bunları internetsiz də edəcəksiniz

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Bakıda bacı həbsdəki qardaşına narkotik gətirdi

PSJ-nin futbolçusu üçün 16,5 milyon avro

Xocalı al lalələrlə bəzəndi - FOTOLAR

Əliyev və Şolts medianın suallarını cavablandırdı - FOTO

Cüdoçumuz Avropa çempionu oldu

Millimizə 26 futbolçu dəvət olundu

Ərdoğanın ABŞ-a səfəri təxirə salındı - "Blumberq"

Zelenski onu yeni vəzifəyə təyin etdi

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

Kiyevdə 2 xəstəxana təxliyə edilir

Bakının bu rayonunda qaz kəsiləcək

Ştaynmayer İlham Əliyevi qarşıladı

İrəvan Bakıdan sülh sazişinə dair növbəti təkliflər alıb

Kanalda batan 13 yaşlı uşağın axtarışları davam edir - VİDEO

ABŞ Ukraynaya 1 milyardlıq daha bir yardım göndərir

Azərbaycanda hər 1000 yeni doğulan uşağa düşən ölüm sayı AÇIQLANDI 

Bütün xəbərlər