BAKU Azərbaycan
°C

Bu gündən Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə sığorta haqlarının yeni qayda ilə hesablanmasına başlanılır, zərərlərin birbaşa tənzimlənməsi isə noyabrın 1-dən etibarən həyata keçiriləcək.

Gundem.az xəbər verir ki, qaydalara edilən dəyişikliklərə əsasən, sığorta haqları 4 əsas amil nəzərə alınaraq müəyyənləşdiriləcək:

Öncə sığorta haqqının sürücülər tərəfindən daşıdığı riskin səviyyəsinə görə müəyyənləşdirilməsi nəzərdə tutulur. Baza sığorta haqqı, yəni 50 manat dəyişdirilmir və olduğu kimi qalır. Lakin risk səviyyəsinə görə baza sığorta haqqına yeni əmsallar tətbiq edilir. Məlumdur ki, sürücünün yaşı və sürücülük təcrübəsi nə qədər azdırsa onun yol-nəqliyyat hadisəsi törətmək riski o qədər yüksəkdir. Ona görə də baza sığorta tarifinə yaş və sürücülük təcrübəsinə görə 1,35-1,05 intervalında əmsallar tətbiq edilir.

Digər risk amili nəqliyyatın intensivliyi ilə bağlıdır. Nəqliyyat vasitələrinin daha sıx, intensiv olduğu yerlərdə yol-nəqliyyat hadisələrinin tezliyi daha yüksək olur. Ona görə də Bakı şəhərinə 1,1, Sumqayıt və Abşerona 1,05, digər bölgələrə isə 0,95 əmsalı tətbiq edilir. Yəni, digər bölgələrdə sürücülər daha az sığorta haqqı ödəyəcəklər.

Üçüncü amil nəqliyyat vasitəsinin istismar müddətinə bağlıdır. Daha köhnə nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisə tezliyi yüksək olduğundan istismar müddəti 10 ilin aşan nəqliyyat vasitələrinə 1,05, 20 ili aşan nəqliyyat vasitələrinə 1,1 əmsalı, istismar müddəti 10 ildən az olan nəqliyyat vasitələri üçün isə 1 əmsalı tətbiq olunur.

Dördüncü amil nəqliyyat vasitəsini idarə edənlərin sayına bağlı olaraq tətbiq olunan əmsaldır. Əgər nəqliyyat vasitəsini iki və daha artıq şəxs idarə etmək hüququna malikdirsə o zaman baza sığorta haqqına 1,15 əmsalı tətbiq edilir.

Mərkəzi Bankın icbari avto sığorta sahəsində qəbul etdiyi yeni qaydalar əsasən iki başlıca zərurətlə bağlıdır.

Birincisi, hazırda praktika belədir ki, şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə üçüncü tərəfə zərər vurduğu halda zərərin ödənilməsi prosesi zərərçəkən tərəflə zərərvuran tərəfin sığortaçısı arasında həll olunur. Yəni zərərçəkən tərəf ödənişi öz icbari sığortaçısından deyil, zərərvuran tərəfin sığortaçısından əldə edir. Belə olan halda zərərlərin ödənilməsi prosesi müştəri-biznes münasibətlərindən kənarda baş vermiş olur. Yəni ödənişi alan tərəf müştərisi olmayan sığortaçı ilə qarşı qarşıya qalmış olur.

Xatırladaq ki, "İcbari sığortalar haqqında" Qanun 2011-ci ildə qüvvəyə minib və sığorta haqları, tarifləri və sığorta təzminatları bu qanunla tənzimlənir. Könüllü sığortanın növləri üzrə haqlar şirkətlərin daxili qaydalarına əsasən tənzimlənir. 2011-ci ildən bu günə kimi icbari sığorta tarifləri dəyişməyib. Buna uyğun olaraq sığorta təzminatları da dəyişilməz qalır.

Son xəbərlər

Fransa və Almaniya ortaq tank layihəsi ilə bağlı anlaşma memorandumu İMZALADI

Prezident: "Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq"

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

55 saat 24 saniyə davam edən müsahibə ilə REKORD QIRDI

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndiyə GETDİLƏR

İlham Əliyev: "Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır"

“Qazprom” qiymətləri artırmaq istəyir, Ermənistan Bakıdan qaz ala bilərmi? - AÇIQLAMA

Olaf Şolts İlham Əliyevə iqlim dəyişiklikləri ilə mübarizəsinə görə TƏŞƏKKÜR ETDİ

Olaf Şolts: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır"

İlham Əliyev və Olaf Şolts mətbuat konfransı KEÇİRİRLƏR

Kofe içənlərin DİQQƏTİNƏ! - Sizi bu təhlükə GÖZLƏYİR

İlham Əliyev və Kansler Olaf Şoltsun Berlində geniş tərkibdə görüşü BAŞLADI

İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞA ÇATDI - YENİLƏNDİ 

Məşhur aktrisa xəstəxanaya yerləşdirildi - FOTO

Misin qiyməti yenidən 10 min dollara çatıb – Daha da bahalaşa bilər

Hindistanda PARLAMENT SEÇKİLƏRİ: Seçicilərə pulsuz yemək, taksi və...

Ukraynada nazir İSTEFA VERDİ

Bütün xəbərlər