BAKU Azərbaycan
°C

Azərbaycanın quru sərhədlərini pandemiyaya görə açmadığı haqda rəsmi səbəb ictimaiyyət arasında birmənalı qarşılanmır. Belə ki, pandemiya faktiki olaraq bitib, üstəlik, Azərbaycanın bütün qonşuları quru sərhədlərini açıblar. Bu mənada quru sərhədlərinin niyə bağlı qalması hər zaman cəmiyyətin müzakirə predmeti olub.

Gundem.az  xəbər verir ki, İrandakı səfirliyimizə terror hücumundan sonra quru sərhədlərimizin bağlı qalması ilə bağlı daha inandırıcı versiya irəli sürülüb. Bəzi ekspertlər bunun İrandan gələn ciddi təhdidlə bağlı olduğuna artıq heç bir şübhə etmədiklərini bildirirlər və bunu doğru qərar hesab edirlər.

Xatırladaq ki, quru sərhədlərimiz bağlanarkən hələ Vətən müharibəsi baş verməmişdi. Məhz 44 günlük İkinci Qarabağ savaşında Azərbaycanın əldə etdiyi böyük qələbədən sonra İranın Azərbaycana qarşı açıq düşmənçilik siyasəti başladı. Bunun ardınca sərhədlərin açılması isə ölkəmizi daha təhlükəli vəziyyətə gətirə bilərdi. Belə ki, İran kəşfiyyatının Azərbaycanda necə aktiv olduğu DTX-nin ardıcıl əməliyyatları ilə ifşa edilən casus şəbəkələrindən bir daha aydın olur. Quru sərhədlərin açılması isə Azərbaycanın qələbəsindən ciddi şəkildə narahat olan İranın “şimal qonşusuna” diversant ixracını bir neçə dəfə artıra bilər.

Ekspertlər təklif edirlər ki, artıq Azərbaycanın bütün quru sərhədlərini açması, İranla sərhədi isə bağlı saxlamasında heç bir problem yoxdur. Əgər əvvəl belə bir addım İranın narazılığına səbəb olardısa, indi bunun səbəbini izah etmək üçün rəsmi Bakının ciddi əsası var: İranda Azərbaycan səfirliyinin fəaliyyəti qeyri-müəyyən müddətə təxirə salınırsa, İranla quru sərhədlərinin açılmaması da normaldır. Çünki İrandan Azərbaycana terror təhdidi olduğunu artıq 27 yanvar teraktı tam şəkildə sübut etdi.

Son xəbərlər

Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə qurur

Bu il hər addımda şanslı olacaq BÜRCLƏR

Bakı marafonu üçün 15 min iştirakçı qeydiyyatdan keçdi

Mövsümi meyvələrin qiymətində dəyişiklik varmı? - VİDEO

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ

Tibbi arayışların elektronlaşması nə vəd edir? - AÇIQLAMA

Nazir həbs olunan müdirin yerinə onu təyin etdi

Ziyeş Şahruddinin qapısına uzaq məsafədən baxımlı qol vurdu - VİDEO

Rusiyadan miqrantlarla bağlı yeni açıqlama

Nazirin maşını qırmızı işıqda keçdi, qəzaya düşdü - FOTO

Ukrayna 36 meyit verib, 140 cəsəd geri aldı

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

Vatsapda bunları internetsiz də edəcəksiniz

Tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşdü

Bakıda bacı həbsdəki qardaşına narkotik gətirdi

PSJ-nin futbolçusu üçün 16,5 milyon avro

Xocalı al lalələrlə bəzəndi - FOTOLAR

Əliyev və Şolts medianın suallarını cavablandırdı - FOTO

Cüdoçumuz Avropa çempionu oldu

Bütün xəbərlər