BAKU Azərbaycan
°C

"Ermənistan Cənubi Qafqazda vəziyyəti kökündən dəyişməyə çalışır və bu məqsədlə Qərbdən olan himayədarlarının dəstəyini almağa can atır".

Gundem.az xəbər verir ki, bunu "Report"a açıqlamasında irlandiyalı tarixçi və politoloq Patrik Uolş aprelin 5-nə planlaşdırılan Aİ, ABŞ və Ermənistanın üçtərəfli konfransına münasibət bildirərkən deyib.

"Paşinyan Qərbin müdafiəsini həm özünün, həm də Ermənistanın gələcək təhlükəsizliyi üçün zəruri hesab edir. O, bir çox ermənilər kimi Ermənistanın ənənəvi müdafiəçisi olan Rusiyanın addımlarından məyus olub. Paşinyan, həmçinin onu hakimiyyətdən uzaqlaşdırmağa çalışan müxalifət tərəfindən də təhlükə hiss edir", - o bildirib.

Ekspert vurğulayıb ki, Ermənistan siyasi manevrlər nəticəsində uduzan tərəfə çevrildikdən sonra Cənubi Qafqazda vəziyyəti kökündən dəyişməyə çalışır.

Onun sözlərinə görə, Bakı Qərb və Şərq arasında ənənəvi balanslaşdırılmış xarici siyasətindən kənara çıxmaq istəmir. İrəvan isə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla böyük ölçüdə istisna edilən "Böyük Geosiyasi Oyunu" regiona idxal edib: "Güman edə bilərəm ki, Bakı ABŞ, Fransa və digər Avropa ölkələrini regiona siyasi oyunçu kimi cəlb etməkdə həvəsli deyil. Azərbaycan həm də qonşularının - Türkiyə, İran və Rusiyanın regionda Qərbin mümkün iştirakı ilə bağlı narazılığından xəbərdardır. Bakı görünür ki, erməniyönümlü siyasət yürüdən Qərb gündəmini qəbul etmək əvəzinə, Avrasiya gələcəyi çərçivəsində Rusiya ilə əməkdaşlıq etmək, Qərblə məsafəli münasibətlər saxlamaq istəyir".

Lakin ekspertin fikrincə, Ermənistanın addımları sülh prosesini dalana aparır: "Ola bilsin ki, o, itirəcək heç nəyi olmadığına inanır. Amma xatırlamağa dəyər ki, digər dövlətlər də oxşar avantüralar nəticəsində daha çox şey itiriblər".

Son xəbərlər

"Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram"

“Reuters”in əməkdaşı Moskvada həbs olundu

Bakıda mənzildə meyit aşkarlandı

Azərbaycan Türkiyədən dekorativ bitkilərin idxalını artırıb

Derbinin qalibi "Fənərbağça" oldu

Ən nəzakətsiz bürclər – Astroloqlar açıqladı

Ermənistan Müdafiə Nazirliyi çağırış etdi

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Zelenski buna görə administrasiya rəhbərini işdən çıxardı

Rasim Balayevdən Taleh Yüzbəyova sərt sözlər

İndoneziyada 6,3 bal gücündə zəlzələ oldu

Mülki əhali demək olar ki, hər gün təhlükə ilə üzləşir

Bakıda avtomobil yanır: yolda tıxac yarandı - VIDEO

İnsan beyni haqqında 9 MARAQLI FAKT

Mingəçevirdə kütləvi dava olub, xəsarət alanlar var

Xankəndidə çalışan peşə sahibləri - VİDEO

"Sabah" qalib gələrək üçüncü pilləyə yüksəldi

ABŞ-da Azərbaycan və Türkiyə səfirləri görüşdü

Rəqqasə Fatiməni məhkəməyə verdilər

Bütün xəbərlər