Dünya
15.04.2024 / 22:09
196
İranın 9 raketi İsrailin iki bazasını vurub
İranın hücumu zamanı ən azı 9 raket İsrailin hava hücumundan müdafiə sistemlərindən yan keçib və iki hava bazasını vurub.
Gundem.az xəbər verir ki, 5 ballistik raket Nevatim hava bazasındakı təyyarəyə, istifadə olunmayan uçuş-enmə zolağına və boş anbarlara ziyan vurub.
Digər raketlər isə Negev aviabazasına düşüb.
Hücum nəticəsində ciddi dağıntıların qeydə alınmadığı bildirilib. Buna baxmayaraq, raket zərbələri səbəbilə hər iki hərbi aviabazanın işi müvəqqəti olaraq dayandırılıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay