BAKU Azərbaycan
°C

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Azərbaycanın İrandakı  səfirliyinə silahlı hücum olub.

Gundem.az bildirir ki, bizim media-nın əməkdaşı hadisə ilə bağlı Azərbaycanda fəaliyyət göstərən və tez-tez efirlərimizdə görünən iranlı bəstəkar-müğənni Afşin Azəri və Əli Pomehr ilə əlaqə saxlayıb.

Afşinin meneceri Nevid açıqlamasında bildirib ki, baş verən hadisədən xəbərdardır.

Əli Pomehr isə əməkdaşımızla söhbətində bunları deyib:

"Törədilən terror aktı ilə bağlı çox pis olmuşam və narahatlıq keçirirəm. Hamı mənə zəng edib məsələ ilə bağlı münasibətimi öyrənmək istəyir. Hazırda mən də xəbərləri izləyirəm və bu məsələnin kimlər tərəfindən törədildiyini öyrənmək istəyirəm".

Qeyd edək ki, Azərbaycan Prezidenti Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınadığını açıqlayıb.

Xatırladaq ki, Azərbaycan XİN baş verənlərlə bağlı rəsmi məlumat yayıb. Bildirilir ki, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.

 

Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Son xəbərlər

Mələkxanım yeni villa aldığını AÇIQLADI - VİDEO

“Rusiyanın nüvə ritorikası təhlükəli və məsuliyyətsiz yanaşmadır” - NATO

Ərdoğandan "Bayraktar Kizilelma" PAYLAŞIMI

Qurbanovdan təsirli addım... - Foto

Türkiyədə zəlzələlərin sənayeyə vurduğu ziyan açıqlandı

Çavuşoğlu Quterreşlə "Taxıl sazişi"ni müzakirə etdi

Putin Ermənistana daxil olacağı təqdirdə həbs olunacaq - QƏRAR VERİLDİ

Rusiyada partlayış baş verdi

Ramazan ayının beşinci gününün imsak, iftar və namaz vaxtları

"Qalatasaray" "Qarabağ"a qalib gəldi

“Qarabağ” - “Qalatasaray” oyununa rekord sayda bilet satıldı

İlham Əliyev “Qalatasaray”ın prezidenti ilə görüşdü - FOTO

Göygöldə avtomobil aşdı, ölən var

Türkmənistanda parlament seçkiləri başa çatıb

Mehriban Əliyevadan “Qarabağ”-“Qalatasaray” oyunu ilə bağlı paylaşım

Uşağı necə tərbiyə edək?- Psixoloq açıqladı

Vaxtınızı və pulunuzu boşa sərf etməmək üçün: Bunlara diqqət

"Baht oyunu"nun aktyoru italyan modellə evləndi - VİDEO

Günün peyvənd statistikası

Evli kişilər daha çox bu bürclərin qadınları ilə xəyanət edir-Tanınmış astroloq 

Bütün xəbərlər