BAKU Azərbaycan
°C

Bu gün respublikada növbədənkənar prezident seçkiləri keçirilir.

Gundem.az xəbər verir ki, Sfera.az-ın əməkdaşları Bakı şəhəri Binəqədi rayonu 283 nömrəli məktəbdə yerləşən 12 saylı seçki məntəqəsində bir neçə vətəndaşla həmsöhbət olub.

Müsahibimiz Arif Adıgözəlov bildirib ki, səsvermə prosesində heç bir çətinlik yaşamayıb:

"Vəsiqəmi təqdim etdim, vərəqəni götürdüm, səsimi verdim. Proses çox rahat oldu".

Rəfiqə Zeynalova isə qeyd etdi ki, prezident seçkilərində öz hüququndan istifadə etmək üçün məntəqəyə ailəlikcə gəliblər:

"Səs verməyə qızım və nəvələrimlə birlikdə gəlmişik. Səsvermədə iştirak etdik. Hər şey əla idi, razı qaldıq". 

Vətəndaş Naqi Ağayev də Prezident seçkilərinin yaxşı təşkil olunduğunu bildirdi:

"Kiməsə səs verilməsi üçün heç kim göstəriş vermir. Hər bir vətəndaş öz istəyi ilə namizədlərə səs verir. Kim qazanacaqsa, xeyirli, uğurlu olsun".

İmanova Zümrüd adlı seçici təşkilatçılıqdan razı qaldığını qeyd etdi:

"Hər şey yaxşıdır, qaydasındadır".

Həmsöhbətimiz Sevda xanım prezident seçkilərinin fəal və obyektiv keçdiyini vurğuladı:

"Hər şey gözəl təşkil olunub. Çox razıyıq".

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir.

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

 

Son xəbərlər

Özbəkistanın mədəniyyət naziri Azərbaycana səfər edəcək

Yan Vanmin: "Azərbaycan Çin üçün çox vacib tərəfdaşdır"

“Azərbaycan 2030 və dayanıqlı inkişaf” milli tələbə müsabiqəsi keçirildi - FOTOLAR

Bakıda bu ərazidə yeni park salınacaq - RƏSMİ

Məşhur aktyor polisə ÇAĞIRILDI - FOTO

Qazaxda mina partlayışı OLDU, XƏSARƏT ALAN VAR

Putinin Türkiyəyə səfəri yubadılır - Səbəb nədir?

Sabah 32 dərəcə isti olacaq

Fransa müxalifəti Makrona qarşı: "Satqın, milli təhlükə, dəli..."

Məşhur müğənni ikinci dəfə ana oldu - FOTO

Roza Zərgərlinin paylaşımı müzakirə doğurdu - VİDEO

Prezident bu şəxsləri nazir müavini TƏYİN ETDİ - FOTO

Bu sürücülərə CƏRİMƏ YAZILA BİLMƏZ - Ekspert AÇIQLADI 

Azərbaycan Səudiyyə Ərəbistanı ilə potensial əməkdaşlığı MÜZAKİRƏ ETDİ

Si Cinpin Fransa, Serbiya və Macarıstana səfər edəcək

Rasim Hüseynov vəzifəsindən AZAD EDİLDİ - SƏRƏNCAM

Blinken Səudiyyə Ərəbistanında SƏFƏRDƏDİR

Azərbaycan əhalisinin neçə faizi artıq çəkidən əziyyət çəkir? – RƏQƏMLƏR

Məşhur aparıcı Azərbaycandan KÖÇDÜ - FOTO

Xarici ticarət dövriyyəsi niyə azalır? - AÇIQLAMA 

Bütün xəbərlər