BAKU Azərbaycan
°C

İşğaldan azad edilən Xocalı şəhərində növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə prosesi davam edir.

Gundem.az "Baku Tv"yə istinadən xəbər verir ki, rayonda 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin yeni yaradılan 2 seçki məntəqəsində seçicilərin sərbəst səsverməsi üçün lazımı şərait yaradılıb.

106 saylı məntəqənin sədri Sovet Allahverdiyev bildirib ki, seçicilər səsvermədə fəallıq göstərirlər: "Seçkilər şəffaf keçirilir. Artıq 230 nəfər səs verib".

Xocalı sakini Məmməd Nağıyev deyib ki, illər sonra Xocalıda səs vermək böyük sevincdir: "Çox şükür ki, müstəqil Azərbaycanımızda, ilk dəfə Qarabağımızda, doğma Xocalımızda prezident seçkilərində iştirak edirəm. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Prezident İlham Əliyevin dəmir yumruğu, mətin iradəsi sayəsində Xocalımıza qovuşmuşuq. Mənim üçün əvəzolunmaz gündür".

Xocalı sakini Nəzər Bilalov isə qeyd edib ki, ilk dəfə bütöv Azərbaycanda zəfər seçkisi keçirilir: "Bundan böyük nə sevinc ola bilər. Öz torpağımızda, bütöv Azərbaycanımızdayıq".

Qeyd edək ki, Xocalı rayonu Təzəbinə kənd orta məktəbində yerləşən 106 saylı məntəqədə 546 seçici, Əsgəran qəsəbəsindəki uşaq bağçasında fəaliyyət göstərən 107 saylı məntəqədə isə 224 seçici qeydiyyatdadır.

Son xəbərlər

Rasim Hüseynov vəzifəsindən AZAD EDİLDİ - SƏRƏNCAM

Blinken Səudiyyə Ərəbistanında SƏFƏRDƏDİR

Azərbaycan əhalisinin neçə faizi artıq çəkidən əziyyət çəkir? – RƏQƏMLƏR

Məşhur aparıcı Azərbaycandan KÖÇDÜ - FOTO

Xarici ticarət dövriyyəsi niyə azalır? - AÇIQLAMA 

Nazirliyə aid mərkəzin üzərindəki bayraq və yazı niyə sökülüb? - FOTOREPORTAJ

Bu aktyor “Komedixana”dan ayrıldı - FOTO

Abid Şərifov yeganə oğlunun ölümü barədə: "Yavaş-yavaş bütün bədənə yayıldı, qorxudan..." - VİDEO

İranın mədəniyyət naziri Azərbaycana SƏFƏR EDƏCƏK

İlham Əliyev Datuk Mutanq Taqalı QƏBUL ETDİ

Bakıda qəsdən adam öldürmə faktına görə cinayət işi BAŞLANDI

Mürsəl İbrahimov Qəbələdə vətəndaşların problemlərini dinlədi - FOTO

ABŞ-nin 61 milyardlıq yardımı ilə bağlı RƏSMİ AÇIQLAMA: "İşğal altındakı bütün ərazilər..."

Vətən müharibəsində itkin düşən 6 hərbçiyə şəhid statusu VERİLDİ - FOTO

Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət etdi - VİDEO 

Aytən Səfərova ilə bağlı yeni xəbər

Latviya Ukraynaya humanitar yardım GÖNDƏRDİ

Flora Kərimova məşhur həkimi MƏHKƏMƏYƏ VERDİ - FOTO

Kamaləddin Qafarov: “Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq”

Həftəsonu cinayət törədən 120 nəfər SAXLANILDI 

Bütün xəbərlər